970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı

AzVak-mobil_resmin_ustu_31
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
iç səhifə xəbər şəkil altı (mobil)_32

Wall Street-in ən uzunmüddətli “boğa” mövqeyində olan analitiklərindən biri sayılan Cim Polsen (Jim Paulsen) ABŞ fond bazarı ilə bağlı xəbərdarlıqların getdikcə artdığını bildirib. Marja xəbər verir ki, məşhur analitik səhmlərdə 20 faizlik ucuzlaşmanın yaxınlaşdığına işarə edən 6 həyəcan siqnalının olduğunu deyib.

Kəskin korreksiya qapıdadır

Leuthold Group-un keçmiş baş strateqi Cim Polsen ikinci rübdəki güclü yüksəlişə baxmayaraq, ABŞ səhm bazarları ilə bağlı ehtiyatlı qiymətləndirmə verib. Polsen son qeydlərində S&P 500 indeksində qarşıdakı aylarda 10-20 faiz aralığında dəyişə biləcək korreksiya riskinə diqqət çəkib.

Business Insider-də yer alan xəbərə görə, Polsen bazardakı bəzi xəbərdarlıq siqnallarının son aylarda daha çox göründüyünü bildirib. O qeyd edib ki, qısa müddətdə süni intellekt mövzulu səhmlərdə əlavə yüksəlişlər müşahidə oluna bilər, lakin ümumi bazar üçün risk balansı pozulub.

Polsen sözügedən xəbərdarlıq əlamətlərini belə sıralayıb:

1. İqtisadi siyasətlər məhdudlaşdırıcıxarakter alıb

İqtisadi siyasət şərtlərinə diqqət çəkən Polsen pul və fiskal siyasətlərin daha məhdudlaşdırıcı xarakter almağa başladığını, bunun isə səhmlər üzərində təzyiq yarada biləcəyini bildirib. ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyinin 4,49 faizə yüksələrək kritik hədd hesab edilən 4,5 faizə yaxınlaşdığını xatırladan Polsen büdcə kəsirinin ÜDM-ə nisbətdə azalmasının da fiskal dəstəyin zəiflədiyini göstərdiyini qeyd edib.

2. Neft qiymətlərində pikdən sonra bazar əhvalında sürətli dəyişiklik baş verə bilər

Polsen enerji bazarı ilə bağlı qiymətləndirməsində neft qiymətlərinin tarixi baxımdan mühüm siqnal verdiyini bildirib. Onun sözlərinə görə, neftin pik həddə çatdığı dövrlər çox vaxt səhm bazarlarında geri çəkilmələrlə üst-üstə düşüb. O, neft qiymətlərində pikdən sonra bazar əhvalında sürətli dəyişiklik baş verə biləcəyini deyib.

3. Amerikalı istehlakçıların əhval-ruhiyyəsi zəifləyib

Polsen istehlakçı inamı ilə bazar göstəriciləri arasındakı ayrışmaya da diqqət çəkib. O bildirib ki, səhmlər rekord səviyyələrə yaxın ticarət olunsa da, istehlakçı əhval-ruhiyyəsi zəifləyib. Miçiqan Universitetinin istehlakçı inamı indeksinin may ayında tarixi minimum səviyyələrə enməsi bu ayrışmanı daha da gücləndirib.

4. Fond bazarı və iqtisadiyyat bir-birindən uzaqlaşır

Polsen həmçinin səhm bazarı ilə iqtisadi artım arasındakı qopmanın dərinləşdiyini bildirib. Xüsusilə texnologiya səhmlərinin bazar göstəricilərini yuxarı qaldırdığını, buna qarşılıq iqtisadiyyatın qalan hissəsinin daha məhdud artım nümayiş etdirdiyini ifadə edib.

Təcrübəli analitik yazıb: “Bəlkə də həm iqtisadiyyat, həm də fond bazarı daxilində bu nəhəng uğur ayrışması son rüblərdə olduğu kimi davam edəcək. Lakin bu vəziyyət çox qısa müddətdə bu qədər ifrat həddə çatıb. Bir şeylərin dəyişməsi zərurəti yaranmadan bu bölgünün daha nə qədər davam edə biləcəyini sorğulayıram”.

5. İnvestorlar həddindən artıq nikbindirlər

İnvestor davranışlarının da risk siqnalı verdiyini bildirən Polsen portfellərdə səhmlərin çəkisinin tarixi baxımdan yüksək səviyyələrə çatdığını və bunun keçmişdə bazar zəifləməsi ilə üst-üstə düşdüyünü deyib.

Polsen bildirib: “1988-ci ildən bəri nağd vəsait istisna olmaqla, səhmlərin portfeldəki payı 50 faizə yaxınlaşdıqda və ya bu səviyyəni aşdıqda səhm bazarı adətən çətinliklə üzləşib. Hazırda bu göstərici demək olar ki, 55 faiz səviyyəsindədir”.

6. Likvidlik azalır

Polsen likvidlik şərtlərindəki azalmaya da toxunaraq, pul axını dinamikasındakı zəifləmənin 2008, 2020 və 2022-ci illərdəki bazar enişləri ilə oxşarlıq göstərdiyini bildirib. Onun sözlərinə görə, likvidliklə bazar qiymətləndirmələri arasındakı ayrışma dayanıqsız həddə yaxınlaşır.

Polsen deyib: “Pul axını ÜDM artımını üstələməyi dayandırdıqda fond bazarı adətən enişə keçir. Fond bazarı ilə iqtisadiyyatdakı likvidlik səviyyələri arasındakı fərq getdikcə daha ifrat və narahatedici vəziyyətə gəlir”.

İş elanları AzVak.az-da

23.06.2026 19:25
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19