“Bank of Baku” 30 milyon manatdan çox xalis mənfəət açıqladı
“Bank of Baku” ASC 2023-cü ili 30 milyon 124 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ili 40 milyon 87 min manat xalis mənfəət ilə bağlamışdı.
GƏLİRLƏRİ ARTIB
Marja.az “Bank of Baku” ASC-nin 31 dekabr 2023-cü il tarixində başa çatmış il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanmış Maliyyə Hesabatlarına istinadən xəbər verir ki, ötən il “Bank of Baku”nun gəlirləri azalmayıb, xalis mənfəətin düşməsi, əsasən, ehtimal olunan kredit zərələrinin bərpası üzrə məbləğin azalmasından və haqq və komissiya xərclərinin artmasından qaynaqlanır. Ötən il “Bank of Baku” ASC-nin faiz gəlirləri 31 milyon 381 min manat və ya 34,8% artaraq 121 milyon 582 min manat təşkil edib. Bankın haqq və komissiya gəlirləri isə 1 milyon 617 min manat və ya 15,2% artaraq 12 milyon 233 min manata çatıb.
BANK BÖYÜYÜB
Ötən il “Bank of Baku” ASC-nin kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 91 milyon 283 min manat və ya 16,6% artaraq 641 milyon 944 min manata yüksəlib. Bankın cəmi aktivləri isə 174 milyon 189 min manat və ya 25% artaraq 868 milyon 586 min manata çatıb.
2023-cü ildə “Bank of Baku” ASC-nin depozit portfeli (müştərilərə ödəbiləcək vəsaitlər) 156 milyon 3 min manat və ya 42,2% artaraq 31 dekabr 2023-cü il tarixində 525 milyon 775 min manat təşkil edib.
31 dekabr 2023-cü il tarixində “Bank of Baku” ASC-nin səhmdarları “NAB Holding” (35%), Hikmət İsmayılov (31.11%), “Azpetrol Neft Şirkəti” MMC (28.89%) və Elçin İsayev (5%) olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
21 d. əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
-
31 d. əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 34 d. əvvəl
- 36 d. əvvəl
-
50 d. əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
52 d. əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
1 saat əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
2 saat əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Avtomagistral” anlayışı dəyişir
Ən çox oxunanlar
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq


























