Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Çərşənbə axşamı günü ABŞ Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pavelin çıxışından sonra dollar major valyutalar qarşısında bir qədər bahalaşıb. Lakin, bugün səhər saatlarında dollar öz mövqelərini bir qədər itirib. EURUSD valyuta cütlüyü 1.0806 həddindən 1.0810 həddinə qədər, GBPUSD cütlüyü isə 1.2778 həddindən 1.2793 həddinə kimi bahalaşıb. USDJPY valyuta cütlüyü 161.430 səviyyəsində ticarət olunur. Dollar indeksi 0.09% artaraq 105.1 bənd təşkil edib.
Dünən Pavel öz çıxışında inflyasiyanın 2%-ə doğru hərəkət edəcəyinə daha çox inamı olana qədər FED-in faiz dərəcəsini aşağı salınmasının məqsədəuyğun olmadığını təsdiqləyib və həmçinin qeyd edib ki, birinci rüb üçün məlumatlar demək olar ki, bir əminlik vermir. Eyni zamanda, mərkəzi bank rəhbərinin sözlərinə görə, son statistik məlumatlar bu sahədə “mülayim irəliləyişdən” xəbər verir. Bundan əlavə, Pavel qeyd edib ki, bütövlükdə, əmək bazarı pandemiyadan əvvəlki səviyyəyə qayıdıb və ABŞ iqtisadiyyatı güclü templə inkişaf edir.
Analitiklər hesab edirlər ki, FED sədrinin açıqlamaları Mərkəzi Bankın sentyabr ayında faizləri aşağı salacağı ilə bağlı gözləntiləri dəstəkləyir.
ABŞ fond indeksləri “Nasdaq” və “S&P 500” yarımkeçirici və texnoloji nəhənglərin səhmlərinin qazancları sayəsində rekord həddə çatıblar. Həmçinin, baazar iştirakçıları FED sədri Cerom Pavelin ABŞ Konqresindəki çıxışını diqqətlə təhlil edirlər. “Nvidia” səhmlərinin dəyəri 3.1% artıb. “Micron Technology” 1.8% bahalaşaraq “Philadelphia SE Semiconductor Index”-ni bütün zamanların ən yüksək səviyyəsinə çatdırıb.
Qızılın qiyməti dünən axşam saatlarında İsrail və “HƏMAS” arasında aparılan danışıqlarda irəliləyişlə bağlı xəbərlərdən sonra bir qədər ucuzlaşsa da, bugün səhər bahalaşıb. Nyu-York “Comex” birjasında avqust ayı üzrə qızıl fyuçerslərinin qiyməti 1 troy unsiyası üçün 4.2$ və ya 0.17% azalaraq 2359$ olub. Qızılın spot qiyməti isə hal-hazırda 2368$ təşkil edir.
İsrail və Fələstinin “HƏMAS” hərəkatı Qəzza zolağında həll edilməmiş bir çox məsələlərdə razılığa gəliblər. Mənbələrin məlumatına görə, Qəzza zolağı ilə bağlı danışıqlar çərşənbə günü Qətərin paytaxtı Dohada, cümə axşamı isə Qahirədə bərpa olunacaq. Qızıl ənənəvi olaraq “etibarlı liman” maliyyə aktivi rolunu oynayır və qlobal qeyri-müəyyənlik artdıqca ona olan tələb artır.
Londonun “ICE” birjasında “Brent” markalı neftin sentyabr ayı üzrə fyuçerslərinin qiyməti 1.01% ucuzlaşaraq bir barrel üçün 84.89$ təşkil edib. “Brent” markalı neftin spot qiyməti isə 2024-cü il iyulun 1-dən bəri ilk dəfə bir barrel üçün 85$ səviyyəsindən aşağı satılır.
Qeyd olunur ki, ABŞ-ın əsas neft hasilatı mərkəzi olan Texası vuran “Beril” qasırğasının ekspertlərin gözlədiyindən daha az ziyan vurması üzə çıxdıqdan sonra, neft qiymətləri ucuzlaşıb. Bu, ABŞ neftinin təxminən 40%-nin istehsal olunduğu Texasda tədarükün kəsilməsi ilə bağlı narahatlıqları azaldıb.
Məlumat İnvest-Az İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 23 d. əvvəl
-
33 d. əvvəl
Qubada Regional Biznesin İnkişafı və Rəqəmsallaşma Sammiti keçiriləcək - TARİX
-
-
1 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin 2-ci mərhələsi başa çatıb
-
1 saat əvvəl
Unibank enerji effektivliyi üzrə EMTA ilə əməkdaşlıq müqaviləsi imzaladı
-
1 saat əvvəl
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Subasma nəticəsində 18 135 AZN zərərə uğramış mənzilin xərci qarşılanıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
Un istehsalçılarının topdansatış qiymətləri açıqlanıb
“AzInTelecom” IV Vergi və Mühasibatlıq Zirvəsində - VİDEO
Ən çox oxunanlar
Premium Bank 3 mühüm nominasiya üzrə mükafatlandırılıb
Bakıda qarajların orta qiyməti martda 5 %-ə yaxın artıb
Rəsmi məzənnələr açıqlandı
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
“Qaradağ Tikinti Materialları”na yeni investorların cəlb edilməsi, fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur
15 tələbə Azercell-dən təqaüd qazandı


















