"Məhsulun yığımında çətinlik çəkdik"
Dərman bitkisi kimi də adı tanınan zəfəran bitkisi artıq Biləsuvarda geniş əkin sahələrində becərilir. Bitkinin əsasən Aralıq dənizi ətrafı ölkələrdə, Mərkəzi Asiya, İran, Əfqanıstan və Qafqazda 30-a yaxın növü bitir. Zəfəran Azərbaycanın bütün rayonlarında - arandan, orta dağ qurşağınadək ərazilərdə bağ və otlaqlarda yayılıb.
Fermer Ziyafət Nəsirov bildirib ki, yaxşı məhsul versə və gəlirli olsa bitkini əkməyə davam edəcəklər: “Əkinçiyik, biz torpaqla dolanırıq. Hansı bitki çox gəlir gətirirsə, onu əkmək istəyirik. Məhsulun yığımında çətinlik çəkdik. Belə ki, işçilərin əlləri tikana batdığına görə məhsul yığımı zamanı problem oldu. Biz də toxum kimi saxladıq. Toxumu sərfəli olarsa, növbəti illərdə təkrarən əkərik”.
Tikanlı yarpaqların arasından boylanan əlvan narıncı, sarı rəngdə olan çiçəklərdən ətrafa ətir qoxusu yayılır. Dilbazi xanım deyir ki, nənələrimiz onun ləçəklərini şehli-şehli yığıb qurudar, ən çox çörək və şirniyyatların üzünə səpərdilər: “Qız-gəlinlər ondan xına əvəzi kimi də istifadə edərdilər. Bitkini səhər-səhər yığırıq, səririk, sərəndən sonra bu quruyur. Yığılandan sonra ovalanır, əlimizlə, ya butulka ilə ovalayırıq və sarıkök halına düşür. Yəni sarıköklə bunun fərqi çoxdur. Bunun dadı xörəklərdə çox gözəl gəlir. Sarıkök bilmirik nədən hazırlanıb, bu isə təbiidir. Ona görə bazarlarda zəfəran alışı çox, qiyməti də bahadı. Çox istərdim zəfəran əkin sahələri çoxalsın”.
Biləsuvar DAİM-in mütəxəssisi Gülağa Qurbanov isə deyir ki, birinci il olduğu üçün yığım vaxtı bir az gecikdiriləndə zəfəranda tikanlar əmələ gəlir və yığım çətinləşir: “Bizə müraciət etdiyinə görə fermerin sahəsinə baxdıq, həqiqətən özü də bizlə razılaşdı ki, yığımı bir az gecikdirib. Ona tövsiyə olundu ki, toxum kimi, yağ üçün istifadə eləsə daha yaxşı olar”.
Kifayət qədər baha qiymətə - 1 kilosu 50 manata satılan zəfərandan alınan ədviyyat məhsuluna hazırda tələbat da çoxdur. Mütəxəssislər bu sahənin inkişaf etdirilməsi üçün əlaqədar qurumların dəstəyinin vacibliyini bildirirlər. Çünki bölgələrimizdə zəfərançılığın inkişaf etdirilməsi idxalı azaltmaqla, işsizliyin də aradan qaldırılmasına böyük töhfə olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
57 d. əvvəl
Tramp İranın ali lideri ilə “razılaşma əldə etmək üçün” görüşə biləcəyini deyib
-
-
1 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 saat əvvəl
-
1 saat əvvəl
“PAYONİX BOKT” 2025-ci ildə böyüyüb, gəlirləri artıb - MALİYYƏ VƏZİYYƏTİ
-
2 saat əvvəl
“PAŞA Bank” 2025-ci ili 178 milyon manatdan xalis mənfəətlə başa vurub
-
2 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
- 3 saat əvvəl
-
17 saat əvvəl
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
- 17 saat əvvəl
-
18 saat əvvəl
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
Ən çox oxunanlar
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub
Naxçıvan şəhərində yeni tikiş fabriki fəaliyyətə başlayıb
"SpaceX" IPO üçün səhm qiymətini 135 dollar müəyyənləşdirib — şirkətin dəyəri 1,77 trilyon dollar qiymətləndirilir
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir




















