"Fermerlər artıq dağlara da çıxıblar"
“Mən yolla gələndə gördüm ki, fermerlər artıq dağların yamaclarında da əkin işlərinə başlamışlar. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, artıq bütün yerlər əkilib”.
Bunu Gədəbəy rayon ictimaiyyətinin nümayəndələri ilə görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib.
İlham Əliyev “Gələcək illərdə emal sənayesinin, kənd təsərrüfatının inkişafı əlbəttə ki, rayon üçün prioritet olaraq qalacaq” deyərək sözlərinə belə davam edib:
“Biz hamımız – siz də, fermerlər də, sahibkarlar da növbəti illərdə bu istiqamətdə çalışmalıyıq ki, məhsuldarlığı artıra bilək. Mən yolla gələndə gördüm ki, fermerlər artıq dağların yamaclarında da əkin işlərinə başlamışlar. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, artıq bütün yerlər əkilib. Bu da çox sevindirici haldır ki, indi fermerlər artıq dağlara da çıxıblar və orada da əkin işləri aparırlar. Biz gələcəkdə istehsalın artımına ancaq məhsuldarlığın artımı hesabına nail ola bilərik. Dünən Göygöl rayonunda açılan kənd təsərrüfatı laboratoriyasının fəaliyyəti nəticəsində biz buna nail ola bilərik. Ona görə, bütün fermerlərə, kəndlilərə məsləhət görürəm ki, məhsuldarlığın artımına böyük diqqət göstərsinlər. Bu, ilk növbədə, onlara və dövlətə lazımdır. Çünki biz özümüzü bütün ərzaq məhsulları ilə tam şəkildə təmin etməliyik”.
İlham Əliyev qeyd edib ki, sosial proqramlar da icra edilir, sənaye müəssisələri yaradılır: “Mənə verilən məlumata görə, qızıl mədəni sahəsində 600-dən çox insan işlə təmin olunubdur. Gədəbəydə mineral sular zavodu çox yaxşı fəaliyyət göstərir. İndi yeni limonad zavodu da istifadəyə verilib. Bu, həm daxili bazarı təmin edir, eyni zamanda, ixrac potensialı da yaranır. Bu da rayonun iqtisadi inkişafına böyük dəstəkdir”.
Prezident deyib ki, Azərbaycan əhalisinin hər il yüz min nəfər ardığı yaddan çıxarılmamalıdır:
“Biz onu da bilməliyik ki, Azərbaycan əhalisi hər il 100 min nəfər artır. Yəni, bu, çox gözəl göstəricidir. Bu, onu göstərir ki, ölkəmizdə sürətli inkişaf var. Ancaq inkişaf olan ölkələrdə belə müsbət dinamika var. Çünki indi bəzi ölkələrdə əhali nəinki artır, azalır. Həm təbii azalma, həm miqrasiya var. Bizdə nə miqrasiya, nə təbii azalma var. Çünki ölkə iqtisadiyyatı sürətlə inkişaf edir, iş yerləri açılır, insanlar üçün şərait yaradılır, bax, belə gözəl infrastruktur obyektləri tikilir. Azərbaycan vətəndaşları öz torpağına çox bağlıdırlar. Ancaq biz bu amili mütləq həmişə yadda saxlamalıyıq ki, Azərbaycan əhalisi hər il yüz min nəfər artır. Əlbəttə ki, bu, bizim qarşımıza yeni tələblər qoyur. Yeni məktəblər, uşaq bağçaları, xəstəxanalar tikilməlidir, infrastruktur yaradılmalıdır və əlbəttə ki, ərzaq məsələləri həllini tapmalıdır. Biz bu gün özümüzü ərzaq məhsulları ilə tam təmin etmək üçün böyük işlər görürük. Ancaq bizim torpaq fondumuz məhduddur. Ona görə, bundan sonra kənd təsərrüfatı ancaq məhsuldarlığın artımı hesabına inkişaf etməlidir, o cümlədən Gədəbəy rayonunda”.
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 9 d. əvvəl
-
-
16 d. əvvəl
BOKT “Qafqaz-Kredit” 2025-ci ili zərərlə başa vurub — kredit portfeli azalıb
-
24 d. əvvəl
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
- 59 d. əvvəl
-
1 saat əvvəl
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İSB Beynəlxalq Sığorta Zəmanət Fondları Forumuna üzv qəbul olunub
-
3 saat əvvəl
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
Ən çox oxunanlar
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb
“Prior Kredit BOKT”un xalis mənfəəti 15% artıb
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
“Korgöz-Tikinti-Material”nın zərəri azalıb





















