Azərbaycanda "Turistik Kənd" layihəsinə start verilib
Dövlət Turizm Agentliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı ilə turizm potensialı yüksək olan kəndlərdə turizm üzrə fəaliyyətin dəstəklənməsi və özünüməşğulluğun artırılması məqsədilə kənd qonaq evlərinin müvafiq avadanlıqlarla təmin edilməsi üzrə "Turistik Kənd" layihəsinə start verilib.
Layihə üzrə yerli və xarici turistlər üçün alternativ yerləşmə yerlərinin yaradılması ilə kənd turizminin inkişafı, eləcə də yerli icmaların və turizm fəaliyyəti ilə məşğul olan ailə təssərrüfatlarının rifahının yaxşılaşdırılması hədəflənir.
İlkin olaraq turizm potensiallı Qusar rayonunun Ləzə kəndi, Qax rayonunun İlisu və Sarıbaş kəndlərində icra olunacaq layihə çərçivəsində ümumilikdə 20 qonaq evinin "Aqroturizm" zərfi üzrə zəruri avadanlıqlarla təmin edilməsi nəzərdə tutulur.
"Turistik Kənd" layihəsi ölkə Prezidentinin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planından irəli gələn tapşırıqların icrası məqsədilə həyata keçirilir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 4 saat sonra
-
- 25 d. sonra
- 57 d. əvvəl
-
1 saat əvvəl
Xırdalanın yeni mərkəzi - ilkin ödəniş 15%-ə endirilib, mənzillər tək şəxsiyyət vəsiqəsi ilə satılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
16 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanlıların Türkiyədən ev alışında Oktyabr rekordu
Starbucks-ın baristaları böyük aksiyaya hazırlaşır
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
















.jpg)



.jpg)


