Azərbaycan startapı tezliklə Gürcüstan bazarında aktivləşməyi planlaşdırır
Azərbaycanın ödəniş təşkilatı "Global İnnovations" MMC 2025-ci ildə “Epoint” startapı ilə Gürcüstan bazarında yeni layihələrə start verməyi nəzərdə tutur.
Marja xəbər verir ki, bu barədə Şirkətin 2024-cü ilin nəticələri barədə məlumatında bildirilir.
Qeyd edilib ki, 2024-cü il “Epoint” üçün inanılmaz dərəcədə uğurlu olub - müştərilərin sayı 1 ildə ikiqat artıb.
Məlumatda, "2025-ci il artıq başladı və biz daha da böyük layihələr üzərində işləyirik!" - qeyd edilib.
“Epoint” sahibkarları və şirkətləri tez, rahat və təhlükəsiz elektron ödənişlər üçün “Epoint”-ə qoşulumağa dəvət edir. "Epoint" M10, Portmanat, Epul və Birbank kimi populyar elektron pulqabılar vasitəsilə ödənişləri qəbul etməyi mümkün edir. Bu müasir və rahat ödəniş üsulu bizneslərə daha çox seçim imkanı yaradaraq, müştərilər üçün təhlükəsiz və əlçatan ödəmə təcrübəsi təmin edir. Elektron pulqabılar kiçik və orta biznes üçün ideal bir həll yoludur.
Ötən il “INMerge İnnovasiya Sammiti” çərçivəsində Azərbaycanın “Epoint” startapı ilə Gürcüstanın “CityPay” startapı arasında memorandum imzalanıb. Memorandumun bir hissəsi olaraq ödənişlərin qəbulu prosesində “Epoint” və “CityPay” startapları arasında əməkdaşlıq nəzərdə tutulur.
“Epoint” kiçik və orta sahibkarlar üçün onlayn ödəniş aqreqatoru və e-ticarət platformasıdır. “Epoint” Azərbaycandakı istənilən bankın istənilən biznes hesabına yığılmış vəsaitin 24/7 onlayn rejimdə ödəməsini həyata keçirmək imkanını yaradır. Platforma müştərilər üçün mal və xidmətlərin ödənişi məqsədilə rahat interfeysi birləşdirir, hesab-faktura, QR kod yaratmaq və göndərməyi mümkün edir. Bununla yanaşı, “Epoint” “CyberSource” və beynəlxalq ödəniş şirkəti “Visa” ilə birlikdə e-ticarətdə “Apple Pay” və “Google Pay” ödənişlərinin qəbulu xidmətini istifadəyə verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















