Sayının 1000-ə çatdırılması planlaşdırılır
2024-cü ildə çin olan yükdaşıma hədəfləri: Azərbaycandan Çinə ilk, əks istiqamətə 350-dən çox konteyner blok-qatarı göndərilib. 2025-ci ildə Çindən Azərbaycan və Avropa istiqamətində göndərilən blok-qatarların sayının 3 dəfədən çox artırılaraq il ərzində 1000-ə çatdırılması planlaşdırılır. Azərbaycanın infrastruktur gücü bu nəticənin əldə edilməsinə imkan verir.2024-cü il “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə Çin Xalq Respublikasının dəmiryol administrasiyası və digər təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də dəmir yolu ilə yükdaşımaların artırılması baxımından bir sıra mühüm nailiyyətlərlə yadda qalıb.
ADY-nin təqdim etdiyi məlumata görə, ötən ilin əlamətdar hadisələrdən biri Azərbaycandan ilk ixrac blok-qatarının Orta Dəhlizlə Çinə yola salınması olub. 24 noyabr tarixində Bakı–Sian ilk ixrac blok-qatarı ilə 62 ədəd 40 futluq konteyner həcmində 1664 ton koks yükü multimodal olaraq Qazaxıstan üzərindən Çinin ən böyük quru limanlarından biri olan Siana göndərilib. Nəticə etibarilə yerli sahibkarlar üçün yüklərini birbaşa Çin bazarına çıxarmaq imkanı yaradılıb. Bu, Azərbaycan və Çin arasında iqtisadi və nəqliyyat sektorunda əlaqələrin yeni mərhələyə qədəm qoyması ilə yanaşı, Azərbaycanın beynəlxalq yükdaşımalar sahəsindəki strateji rolunu daha da möhkəmləndirdiyini nümayiş etdirib. Belə ki, Orta Dəhliz nəqliyyat marşrutu ilə Çindən Azərbaycana tranzit və idxal yüklərinin göndərilməsi, eyni zamanda, Azərbaycandan Çinə ixrac yüklərinin çatdırılması bu dəhlizin səmərəliliyini daha da artırıb. Orta Dəhlizin sürətlə inkişafı həm Şərq-Qərb, həm də Qərb-Şərq istiqamətində yükdaşımaların artırılmasını şərtləndirir.
2024-cü ildə Orta Dəhlizlə yükdaşımalarda növbəti nailiyyətlərdən biri mart ayında Sian limanından birinci konteyner blok-qatarının yola salınması olub. İlk qatar Bakıyadək məsafəni 11 günə qət edib.
Ötən il Çin–Mərkəzi Asiya–Azərbaycan marşrutu ilə ümumilikdə 358 blok-qatar göndərilib ki, bunlardan 146-sı (15 292 TEU) tranzit, 212-si (20 956 TEU) isə idxal yüklərinin daşınmasını təmin edib. Daşınmış yüklər arasında tibbi ləvazimatlar, avtomobil və avtomobil ehtiyat hissələri, velosiped, motosikl, su nasosları, qida və qeyri-qida məhsulları və s. əsas paya sahib olub.
Yükdaşımada əldə edilmiş müsbət göstəricilər ADY ilə Çinin dəmiryol təşkilatları arasında müntəzəm görüş və müzakirələrin nəticəsidir. Ötən ilin mayında ADY rəhbərliyi “Çin Dəmir Yolları” dövlət korporasiya şirkətinin rəhbər heyəti ilə görüşüb. Müzakirələrin mövzusu iki ölkə arasında dəmir yolu üzrə əməkdaşlığa dair ortaq maraq dairəsində olan aktual məsələlər, o cümlədən Orta Dəhlizin inkişafı, yük ötürücülük gücü illik 5 milyon tona çatdırılmış Bakı–Tbilisi–Qars (BTQ) dəmiryol xətti ilə yükdaşımaların bərpasının əhəmiyyəti və digər məsələlər olub. ADY-nin Qərb-Şərq istiqamətində Türkiyə və Azərbaycandan Çinə qayıdan yük axınının formalaşdırılmasına kömək etməyə hazır olduğu bildirilib.
Bu və digər müzakirələrin məntiqi nəticəsi kimi ötən ilin iyununda Orta Dəhliz və modernləşdirilmiş BTQ dəmiryol xəttinin genişləndirilmiş imkanları sayəsində 2024-cü ilin iyun ayından Sian limanı ilə yanaşı, Çinin şərqdəki ən böyük limanlarından olan Lianyunqanqdan yüklərin test rejimində göndərilməsinə başlanılıb.
2024-cü ilin sentyabr ayında Çin tərəfinin də iştirakı ilə Bakıda “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının təsis edilməsinə təşəbbüs göstərilib. Avrasiya Nəqliyyat Marşrutu Çin, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək dəmir yolu, avtomobil və dəniz yollarını və yol infrastrukturu komponentlərini əhatə etməklə Xəzərin şərq tərəfində Orta Dəhlizin daha bir qolunu formalaşdırır. Assosiasiya Orta Dəhlizin yükdaşımaların şaxələndirilməsinin səmərəli təşkili məqsədilə kollegial orqan qismində çıxış edəcək.
Sentyabrda həmçinin ADY nümayəndə heyəti Çində “China Railway Express” (Sian) şirkətinin təşkilatçılığı ilə keçirilmiş “Qlobal Tərəfdaşlarla Görüş – Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Forumu”nda iştirak edib. Forum çərçivəsində ADY rəsmiləri Çin, Qazaxıstan və Gürcüstan dəmir yolları nümayəndələri, həmçinin “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının digər daimi üzvlərinin iştirakı ilə Orta Dəhlizin inkişafı istiqamətində birgə səylərin müzakirəsinə qoşulub.
Müzakirələrin sonunda “China Railway Container Transport Corp. Ltd.” (CRCT – Çin Dəmir Yolu Konteyner Daşımaları Korporasiyası) şirkətinin Azərbaycan, Qazaxıstan və Gürcüstanın həmətsisçisi olduğu “Middle Corridor Multimodal LLC” birgə müəssisəsinə qoşulması barədə əməkdaşlıq memorandumu imzalanıb. Sözügedən əməkdaşlığın əsas məqsədi Orta Dəhlizin inkişaf etdirilməsi və Çindən müntəzəm konteyner qatarlarının təşkilini təkmilləşdirməklə yük həcminin artırılmasıdır.
Genişlənən əməkdaşlıq fonunda 2025-ci ildə Çindən Azərbaycan və Avropa istiqamətində göndərilən blok-qatarların sayının 3 dəfədən çox artırılaraq il ərzində 1000-ə çatdırılması planlaşdırılır. Azərbaycanın infrastruktur gücü bu nəticənin əldə edilməsinə imkan verir.
Beləliklə, Çin–Azərbaycan və Azərbaycan–Çin istiqamətləri üzrə yükdaşımalar Orta Dəhlizin Şərq-Qərb-Şərq marşrutu kimi formalaşmasını sürətləndirir, eyni zamanda, yük sahibləri üçün hər iki istiqamətdə sürətli, təhlükəsiz və səmərəli xidmətləri əlçatan edir.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
- 42 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
AMB ödəniş kartlarının təhlükəsizliyinə dair məcburi standartlar tətbiq edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
İsrail-Livan atəşkəsindən sonra neft ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
“ABB-İnvest” 2025-ci ili 2,35 milyon manat mənfəətlə başa vurub - Aktivləri 30 milyon manatı keçib, kapitalı 40% artıb
“ATL TECH” 2025-ci ili mənfəət ilə başa vurub
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Capital Partners”in gəlirləri 78%, xalis mənfəəti 15% artıb
Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib


















