Azərbaycan istehsalçısının pivə ixracı 255% artıb
2024-cü ildə "Carlsberg Azerbaijan" şirkətinin pivə ixracı pozitiv dinamika nümayiş etdirərək 2023-cü il ilə müqayisədə 255% artıb.
Marja xəbər verir ki, bunu "Carlsberg Azerbaijan"ın Baş Direktoru Alius Antulis bildirib.
Alius Antulis qeyd edib ki, "Carlsberg Azerbaijan" 2024-cü ildə istehlakçılar tərəfindən müsbət qarşılanan yeni pivə növlərini təqdim edib. Şirkətin flaqman brendi Xırdalan, keçən ilə nisbətən 20.1% artım nümayiş etdirib. Əsas artım amilləri arasında Xırdalan Draft Premium, Xırdalan 0.0 və sərt pivə seqmentindəki yeni məhsullar yer alıb.
Xüsusi diqqət Carlsberg Group-un innovativ texnologiyası ilə Azərbaycanda istehsal olunan ilk 0.0 alkoqollu pivə Xırdalan 0.0-ın təqdim olunmasına yönəlib. Bu məhsul, Azərbaycan Milli Futbol Komandasının və "Küləyə qalib gəl" şüarı ilə keçirilən Bakı Marafonunun rəsmi tərəfdaşı olub.
Carlsberg, futbol matçlarının yayımlandığı EGP Arenadakı Football Fan Fest platforması ilə uğurla əməkdaşlıq edərək satış həcminin 26.8% artmasına töhfə verib. Kronenbourg 1664 Blanc, uğurlu marketinq strategiyaları və yüksək mövsümdəki tərəfdaşlıqlar sayəsində 2023-cü il ilə müqayisədə satış həcmini təxminən ikiqat artıraraq 96.6% rekord nəticələr əldə edib. Brend, həmçinin Qəbələdəki Essenso Lavanda Festivalını və ilin ən önəmli tədbirlərindən biri olan Bakı Moda Həftəsini də dəstəkləyib. Tuborg, DreamFest 2024 beynəlxalq musiqi festivalının rəsmi tərəfdaşı oldu və satış həcmini 15.2% artırıb.
"Carlsberg Azerbaijan" pivə istehsalı zavodu Azərbaycanın paytaxtından 10 kilometr məsafədə yerləşən Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 mln dekalitrdir. Şirkətdə təxminən 250 nəfər işləyir və əlaqəli sahələrdə (təchizatçılar, pərakəndə satış, otel və restoran sektoru) 3000-dən çox iş yeri yaradılıb. Şirkətin zavodun inkişafına yatırdığı investisiyaların ümumi məbləği 75 milyon manata yaxındır. Şirkətin portfelinə "Xırdalan", "Carlsberg", "Tuborg", "Kronenbourg Blanc 1664", "Əfsanə" kimi məşhur markalar daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)






.jpg)








