Minik avtomobili ilə 1 km gediş üçün 8,6 qəpik ödəniləcək - Bu gündən qüvvəyə mindi
Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləğinin təsdiq edilib, bu gündən qüvvəyə minib.Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləğinin təsdiq edilməsi haqqında Qərar imzalayıb.
Marja.az xəbər verir ki, qərar Tarif (qiymət) Şurasının sədri Mikayıl Cabbarov tərəfindən imzalanıb.
Qərar ilə yeni tikilən 81,7 kilometrlik Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun ödənişli avtomobil yolu kimi müəyyən edilmiş 81,3 kilometrlik hissəsi ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği təsdiq edilib.
Məbləğlər ƏDV daxil olmaqla qəpik/km əsasında müəyyən edilib. Belə ki, minik avtomobilləri və icazə verilən maksimum kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üçün ödəniş 8,6 qəpik/km təşkil edəcək (81,3 kilometrlik hissəsi üçün təxminən 7 manat).
İcazə verilən maksimum kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif 10,6 qəpik/km, avtobuslar üçün isə 7,1 qəpik/km müəyyən olunub.
Ən yüksək ödəniş qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri üçün nəzərdə tutulub. Belə nəqliyyat vasitələri, yəni 3 və daha çox oxlu qoşqulu və yarımqoşqulu avtomobillər üçün tarif 17,7 qəpik/km olacaq.
Motosikletlər üçün isə Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun ödənişli hissəsində gediş haqqı 4,65 qəpik/km müəyyən edilib.
Qərar Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə ödənişli avtomobil yolu ilə gediş üçün ödənişdən azad edilən nəqliyyat vasitələrinə şamil olunmur.
Qərar 2026-cı il 2 iyun tarixindən qüvvəyə minir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
-
7 d. əvvəl
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
-
-
11 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 12 d. əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
KİV: ABŞ və İran arasında anlaşma memorandumu elektron formatda imzalanıb
-
10 saat əvvəl
"Salesforce" süni intellekt şirkəti "Fin"i 3,6 milyard dollara satın alır
-
12 saat əvvəl
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
- 13 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
Tramp: Neft tankerləri Hörmüz boğazından keçməyə başlayıblar
Ən çox oxunanlar
İyunun 16-dan “Bonus-Malus” sistemi ləğv edilir
Aqrar sığorta ildırım zərərini də qarşılayır
"Auto Azərbaycan"dan intellektual addım: Müştərilər arasında şahmat turniri keçirildi
İyunun 16-da gözlənilən hava şəraiti
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
Hörmüzdə nəqliyyatın normallaşması aylar çəkə bilər























