Sosial sığorta haqları üzrə daxilolmalar 11,1 faiz artıb
2025-ci ilin yanvar-fevral aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 958,6 milyon manatdan çox olub.
Dövlət Vergi Xidmətinin yaydığı məlumata görə, bu mənbədən ödəmələr əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,1 faiz və ya 96,0 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq 648,4 milyon manatdan çox təşkil edib.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin müvafiq dövrünə nisbətən 15,7 faiz artaraq 34,4 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə ödəmələr 17,2 faiz artıb və 26,7 milyon manata yaxın təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artaraq 171 milyon manata yaxın olub. Qeyri-büdcə təşkilatları üzrə ödəmələr 10,8 faiz artıb və 122,3 milyon manatdan çox təşkil edib.
Naxçıvanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar 7,8 faiz artıb
2025-ci ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz artaraq 652,9 min manat olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 4,4 milyon manat təşkil edib və proqnoz 105,5 faiz icra edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 7 saat sonra
-
-
8 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























