“Kapital Bank”ın Müşahidə Şurasının sədri dəyişdi
Uğurlu korporativ idarəetmə strategiyasına malik olan “Kapital Bank” ASC-nin Müşahidə Şurasına yeni rəhbər təyin olunub.
Marja.az xəbər verir ki, bu, “Kapital Bank” ASC-nin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, “Kapital Bank” ASC-nin Səhmdarlarının növbədənkənar ümumi yığıncağında qəbul edilən qərara əsasən 17 mart 2025-ci il tarixindən etibarən “Kapital Bank” ASC-nin Müşahidə Şurasının üzvü, Bir ekosisteminin Baş İcraçı Direktoru, zəngin maliyyə tərcübəsinə sahib Fərid Məmmədov bankın Müşahidə Şurasına yeni sədr təyin edilib.
Qeyd edək ki, Fərid Məmmədov daha öncə “Kapital Bank”ASC-də İdarə Heyətinin sədrinin birinci müavini, “PAŞA İnvestments” MMC-də Müşahidə Şurasının üzvü, “PAŞA Sığorta” ASC və “PAŞA Həyat Sığorta” ASC-də Direktorlar Şurasının sədri, “PAŞA Bank Gürcüstan”da Müşahidə Şurasının sədri, “Paşa Bank Türkiyə”-də İdarə Heyətinin sədr müavini, “Paşa Bank” ASC-də Müşahidə Şurasının üzvü, “PAŞA Holding” MMC-də Risk Departamentinin direktoru kimi bir çox məsul vəzifələrdə çalışıb.
O, bakalavr təhsilini prezident yanında Dövlət İdarəçilik Akademiyasında Politologiya ixtisası üzrə alıb. MBA dərəcəsinə İspaniyada yerləşən “IE Business School” da yiyələnib. Qeyd edək ki, Fərid Məmmədov nüfuzlu CFA kvalifikasiyasına sahibdir.
Beləliklə “Kapital Bank”ASC-nin Müşahidə Şurasının tərkibi aşağıdakı strukturdan ibarətdir:
Məmmədov Fərid Usad oğlu – Müşahidə Şurasının sədri
Qasımov Cəlal Ələkbər oğlu – Müşahidə Şurasının üzvü
Alexey Marey – Müşahidə Şurasının üzvü
Həsənov Oqtay Arif oğlu - Müşahidə Şurasının üzvü
Qeyd edək ki, indiyədək "Kapital Bank" ASC-nin Müşahidə Şurasının Sədri Allahverdiyev Rövşən Şamil oğlu idi. Rövşən Allahverdiyev“PAŞA Bank”ın Müşahidə Şurasının sədri təyin edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 19 d. sonra
-
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
23 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 23 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























