Azərbaycanda balıq ovu 1 %-dən çox artırıb
İlkin məlumatlara görə, 2024-cü ildə Azərbaycanda 67 min 299 ton balıq ovlanıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2023-cü illə müqayisədə 1,3 % çoxdur.
Ötənilki göstəricinin 7 min 946,2 tonu kvota üzrə formalaşıb. Bu isə əvvəlki ilə nisbətən 2,2 dəfə çoxdur.
İl ərzində Azərbaycanda kvota çərçivəsində 7 min 499,5 ton kilkə, 99 ton kütüm, 70 ton kefal, 75 ton siyənək, 40,6 ton dabanbalığı, 29,6 çəki, 27,5 çapaq, 17,2 ton suf, 7 ton şamayı ovlanıb.
2024-cü ildə müəyyən edilmiş 7 min 955,2 ton kvotanın 99,9 %-dən istifadə olunub. Bu nisbət 2023-cü ildə 99,8 % olub.
Ötən il ölkədə 275 fiziki və hüquqi şəxs balıqçılıq üzrə fəaliyyət göstərib. Bu rəqəm əvvəlki il 313 olub.
2024-cü ildə balıq ovuna icazə almaq üçün 389,9 min manat ödəniş edilib. Bu rəqəm isə 2023-cü ildə 185,2 min olub.
© “Report”
Müştərilərin xəbərləri
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
Hər kəs “Capital Partners”in ofisinə yaxınlaşmaqla "PAŞA Bank"ın səhmlərinə abunə yazıla bilər - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 11 d. əvvəl
-
-
26 d. əvvəl
“PAŞA Bank” 2025-ci ili 178 milyon manatdan xalis mənfəətlə başa vurub
-
33 d. əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
15 saat əvvəl
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
- 15 saat əvvəl
-
16 saat əvvəl
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub
- 18 saat əvvəl
-
18 saat əvvəl
2 otaq studiyadan 4 otaqlıya qədər: “Park Yasamal”da yeni mənzillər satışdadır!
-
19 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət - 5 milyon manatlıq boru istehsalı layihəsi
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub
Naxçıvan şəhərində yeni tikiş fabriki fəaliyyətə başlayıb
Ən çox oxunanlar
"SpaceX" IPO üçün səhm qiymətini 135 dollar müəyyənləşdirib — şirkətin dəyəri 1,77 trilyon dollar qiymətləndirilir
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
İyunun 5-nin hava proqnozu - 32 dərəcəyədək isti gözlənilir
























