AFB Bank-da yeni təyinat
Aslan Nəbiyev İdarə Heyəti Sədrinin Müşaviri vəzifəsinə təyin edilibBank sektorunda zəngin idarəetmə təcrübəsinə malik peşəkar kadr Aslan Nəbiyev AFB Bank-da İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin olunub.
Bu barədə AFB Bank-ın yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, Aslan Nəbiyev Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr təhsili alaraq “Maliyyə və kredit” ixtisası üzrə ixtisaslaşıb. Bank sektorundakı fəaliyyətinə 2007-ci ildə başlayan Aslan Nəbiyev, bu müddət ərzində mikrokreditləşmə, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi və filial idarəçiliyi sahələrində müxtəlif rəhbər vəzifələrdə çalışaraq dərin peşəkar bilik və təcrübə qazanıb. Aslan Nəbiyev "Bank of Baku"da 6 il filial direktoru, ardınca 7 il Mikro və KOS kreditlər departamentinin direktoru vəzifələrində çalışıb.
Aslan Nəbiyevin müştəriyönümlü yanaşması və zəngin təcrübəsi, AFB Bank-da biznes kreditlərinin inkişafı, filial şəbəkəsinin genişləndirilməsi və müştəri xidmətlərinin keyfiyyətinin artırılması kimi strateji məqsədlərə çatmaqda mühüm töhfələr verəcəyinə inanırıq.
AFB Bank, Aslan Nəbiyevə yeni vəzifəsində uğurlar arzulayır və onun banka dəyər qatacağına əminliyini ifadə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 saat sonra
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
21 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 21 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb





















