İştirak paylarının satışına dair sənədlər imzalanıb
“Qarabağ”neft yatağının işlənməsi ilə bağlı Risk Xidməti Sazişi” və “Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş” üzrə iştirak paylarının satışına dair sənədlər imzalanıb3 iyun 2025-ci il tarixində “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi üzrə Risk Xidmət Sazişi” və “Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü Sazişi” üzrə iştirak paylarının satılması ilə əlaqədar sənədlər (o cümlədən “Farmout” Sazişi) imzalanıb.
2024-cü il 20 sentyabr tarixində SOCAR ilə bp arasında “Qarabağ” neft yatağı və “Əşrəfi - Dan Ulduzu – Aypara” sahəsinə dair imzalanan Anlaşma Memorandumu əsasında aparılan danışıqların nəticəsi olaraq, hər iki sənəd üzrə ortaq neft şirkətlərinin 35% iştirak paylarının bp şirkəti tərəfindən alışı üzrə müvafiq sənədlər razılaşdırılıb. bp ilə razılaşdırılmış qrafikə uyğun olaraq işlənmə proqramı üzrə “Qarabağ” yatağından ilkin neftin 2029-cu ildə təhvil verilməsi gözlənilir ki, bu da Azərbaycanın enerji sektoru üçün mühüm mərhələdir.
bp şirkəti hər iki layihə üzrə operator kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, “Qarabağ” neft yatağı Bakıdan 120 km şərqdə, “Günəşli” yatağından 20-25 km aralıda, suyun 150-200 metr dərinliyində yerləşir. “Əşrəfi - Dan Ulduzu – Aypara” sahəsi isə Bakıdan 90-110 km şimal-şərqdə, suyun 80-180 metr dərinliklərində yerləşir.
Əldə olunan yeni razılaşmalar SOCAR ilə bp arasında enerji sahəsində uğurlu strateji tərəfdaşlığın daha da genişləndirilməsinə töhfə verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























