Azərbaycan bu dövlət ilə turizm kompleksi yaradacaq - 600 hektar torpaq sahəsi ayrılıb
Azərbaycan və Özbəkistan arasında turizm sahəsində əməkdaşlıq çərçivəsində bu ölkənin Çarvaq su anbarının sahilində “Sea Breeze Uzbekistan” turizm kompleksi yaradılması üzərində iş aparılır.
Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunmuş "Azərbaycan - Özbəkistan: İqtisadi Tərəfdaşlığın Vektoru" panel sessiyasında bildirib.
Onun sözlərinə görə, layihənin icrası üçün artıq təxminən 600 hektar torpaq sahəsi ayrılıb.
"Bu ilin aprel ayında layihənin baş planı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim olunub", - deyə icraçı direktor qeyd edib.
Bundan başqa, o əlavə edib ki, Daşkənddə “Agalarov Development” şirkəti premium seqmentə aid yaşayış kompleksinin inşasına başlayıb.
"Bu layihələrin Özbəkistanda turizm və yaşayış infrastrukturunun inkişafına mühüm töhfə verəcəyinə inanırıq. Azərbaycanın aparıcı layihələrdən biri Daşkənddə beşulduzlu “Ritz-Carlton” otelinin tikintisidir. Hazırda tikinti işləri aktiv şəkildə davam edir. Ümumi investisiya dəyəri təxminən 200 milyon ABŞ dollarıdır", - deyə Y.Abdullayev vurğulayıb.
© "Report"
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
10 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 35 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























