Qlobal bazarlarda son vəziyyət
ABŞ-ın ticarət partnyorları ilə apardığı danışıqlar fonunda dollar təzyiq altında qalmaqda davam edir. EUR/USD valyuta cütlüyü 1.16790 səviyyəsindən 1.17600 səviyyəsinə qədər yüksəlib. Eyni müddət ərzində GBP/USD cütlüyü 1.34600 həddindən 1.35340 həddinə qədər artıb, USD/JPY məzənnəsi isə 147.940 həddindən 146.190 həddinə kimi geriləyib. Dolların ucuzlaşması ilə qızılın qiyməti artmağa davam edir. Belə ki, sarı metalın dəyəri 3439$-a qədər yüksəlib.
Amerikanın maliyyə naziri Skott Bessent bazar ertəsi bildirib ki, Vaşinqton 1 avqust üçün nəzərdə tutulmuş son tarixə qədər ticarət razılaşmaları bağlamağa tələsməyəcək. Onun sözlərinə görə, Ağ Ev üçün ticarət sazişlərinin keyfiyyəti onların bağlanma müddətindən daha vacibdir.
Çərşənbə axşamı Bessent bildirib ki, növbəti həftə çinli həmkarları ilə Stokholmda ticarət danışıqlarının üçüncü raundunu keçirməyi planlaşdırır. Bu danışıqlarda, yəqin ki, 12 avqustda başa çatacaq tarif artımlarının müddətinin uzadılması məsələsi müzakirə olunacaq.
Bu arada, ABŞ və Avropa İttifaqı arasında ticarət razılaşmasının əldə olunacağı ilə bağlı proqnozlar zəifləyib. Buna səbəb mediada yayılan məlumatlara görə, Brüssel Vaşinqtonun vəd etdiyi tarifləri tətbiq edəcəyi halda daha geniş cavab tədbirləri paketini nəzərdən keçirir. Bu tədbirlər xüsusilə ABŞ xidmət sektorunu əhatə edir.
“Reuters” agentliyinin yaydığı məlumatlara görə, Avropa İttifaqında getdikcə daha çox ölkə, o cümlədən Almaniya, ABŞ ilə məqbul ticarət sazişi əldə olunmasının perspektivlərinin pisləşməsi fonunda daha sərt tədbirlər görmək fikri güclənir.
ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Yaponiya ilə tarixdə ən böyük ticarət sazişinin bağlandığını elan edib. Bu saziş Yaponiya ixracına, o cümlədən avtomobillərə qarşı ABŞ-da 15%-lik qarşılıqlı tarifləri nəzərdə tutur. Trampın sözlərinə görə, Yaponiya Amerika iqtisadiyyatına 550 milyard dollar investisiya edəcək, ABŞ tərəfi isə sazişdən “gəlirin 90%-ni əldə edəcək”.
Bu saziş çərçivəsində, ABŞ-ın ikinci ən böyük ticarət tərəfdaşı olan Yaponiya, Amerika avtomobilləri, kənd təsərrüfatı məhsulları və digər mallar üçün öz bazarını daha da açmağa razılaşıb. ABŞ-da yapon avtomobillərinə tətbiq edilən tariflər 25%-dən 15%-ə endiriləcək. Yaponiya Gömrük Xidmətinin məlumatına görə, 2024-cü ildə avtomobillər ölkənin ABŞ-a ümumi ixracının 28.3%-ni təşkil edib.
ABŞ ilə saziş elan olunduqdan sonra Yaponiyada bazarlar sürətlə artıb: böyük avtomobil şirkətlərinin səhmləri 10%-dən çox bahalaşıb, “Nikkei 225” indeksi isə 2%-dən çox yüksəlib. “Honda”-nın səhmləri 8%-dən çox, “Toyota”-nın səhmləri isə 11%-dən çox bahalaşıb. “Nissan”-ın səhmləri 8%-dən çox, “Mazda Motor”-un səhmləri isə 17% artıb. “Mitsubishi Motors”-un səhmləri isə 13% bahalaşıb.
Bu gün ABŞ-da dərc olunacaq Təkrar Daşınmaz Əmlak Bazarında Satışların Həcmi və Kommersiya Məqsədli Neft Ehtiyatların Həcmi göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 20 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 21 saat əvvəl
-
21 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
21 saat əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
22 saat əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub























