Azərbaycanın neft fondu bu il 34,5 ton qızıl alıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2025-ci ilin birinci yarısında (yanvar-iyun) 34,5 ton qızıl alıb.
Bu barədə Marja.az Fonda istinadən xəbər verir.
ARDNF 2024-cü ilin sonunda 146,6 ton qızıla malik idi. Bu həcm 30 iyun 2025-ci il tarixində 181,1 tona çatıb.
30 iyun 2025-ci il tarixində ARDNF-in 66 milyard 516 milyon ABŞ dolları portfelinin 19 milyard 133,2 milyon dollarlıq hissəsini (28,8%) qızıl investisiyaları təşkil edib. 2024-cü ilin sonunda Fondun ABŞ dolları portfelinin 12 milyard 354,6 milyon dollarlıq hissəsini (20,6%) qızıl investisiyaları təşkil etmişdi.
ARDNF-nin qızıl alt portfeli 31 mart 2025-ci il tarixinə 165,3 ton təşkil etmişdi. Beləliklə, 2025-ci ilin 2-ci rübündə Fondun malik olduğu qızılın miqdarı 16,2 ton artıb.
Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a dəyişikliklər edilmişdir. ARDNF-nin İnvestisiya siyasətinə əsasən yuxarı uzaqlaşma intervalı maksimum 4 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 25 faizə qədəri qızıla investisiya edilə bilər.
Həmçinin oxu
Azərbaycanın neft fondu bu il 34,5 ton qızıl alıbMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
3 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
























