Azərbaycanın şirkətlər qrupunda yeni təyinat
Fərid Bağırov 25 avqust 2025-ci il tarixindən etibarən "GL Group" MMC-də Qrup üzrə Kommersiya direktoru vəzifəsinə təyin edilib.
Marja.az xəbər verir ki, eyni zamanda Fərid Bağırov Qrup üzrə Birləşmələr və satınalma (M&A) komandasının üzvüdür.
Fərid Bağırov neft və qaz sənayesində 17 illik təcrübəyə malik biznesin inkişafı və kommersiya sahəsi üzrə yüksək ixtisaslı bir peşəkar kimi Birləşmiş Krallıq, BƏƏ və Oman daxil olmaqla müxtəlif ölkələrdə beynəlxalq təyinatlarda fəaliyyət göstərmişdir. Karyerası ərzində o, milyardlarla dollar dəyərində portfellər üçün regional neft və qaz strategiyaları hazırlamış və yeni ölkələrə çıxış da daxil olmaqla, önəmli biznes inkişafı sazişlərini uğurla həyata keçirmişdir.
O, GL Group-a qoşulmazdan əvvəl bp şirkətinin London ofisində Birləşmələr və satınalma (M&A) komandası üzrə menecer vəzifəsində çalışmış, burada 500 milyon ABŞ dollarından artıq dəyəri olan layihələrin həyata keçirilməsində iştirak etmişdir. Daha sonra o, bp Oman şirkətində Biznes inkişafı üzrə məsləhətçi vəzifəsində fəaliyyət göstərərək yaşıl hidrogen sahəsində mühüm müqavilənin bağlanmasına nail olmuşdur.
Fərid Bağırov GL Group-da icra edəcəyi yeni vəzifəsində artım imkanlarının təşviqinə, kommersiya strategiyalarının gücləndirilməsinə, eləcə də səmərəlilik, proseslər və prosedurların təkmilləşdirilməsi yolu ilə Qrupun iqtisadi göstəricilərinin yaxşılaşdırılmasına diqqət yetirəcəkdir. O, şirkətin məqsədyönlü genişlənmə planlarının dəstəklənməsi və GL Group-un qlobal səviyyədə nüfuzlu orta ölçülü operator kimi mövqeləndirilməsində mühüm rol oynayacaqdır.
Fərid Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Əlaqələr ixtisası üzrə bakalavr və magistr dərəcələrinə malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 8 saat sonra
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 15 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















