Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ-da İstehsal Qiymətləri İndeksinin bu gün açıqlanması ərəfəsində dollar major valyutalar qarşısında bahalaşıb. EURUSD valyuta cütlüyü 1.17800 həddindən 1.16900 həddinədək gerilədi. Eyni müddət ərzində GBPUSD cütlüyü 1.35900 səviyyəsindən 1.35140 səviyyəsinədək enib. USDJPY cütlüyü isə 146.300 həddindən 147.560 həddinə kimi bahalaşıb. Lakin, bu gün səhər saatlarında dolların beynəlxalq birjalarda bir qədər zəiflədiyini müşahidə etmək olar.
Çərşənbə axşamı qızılın spot qiyməti tarixdə ilk dəfə olaraq bir unsiya üçün 3674$ həddini ötüb. Qətərin paytaxtı Dohada baş verən partlayışlar fonunda qızıla “güvənli liman” aktivi kimi tələbin artması ilə bazar iştirakçıları sarı metalın alışlarını artırıblar. İnvestorlar münaqişənin daha da kəskinləşməsindən ehtiyat edirlər.
Bundan əlavə, investorlar ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcəsi ilə bağlı qərarını gözləyirlər. Proqnozlara görə, tənzimləyici qurum gələn həftə faiz dərəcəsini ən azı 25 baza bəndi endirəcək. İki günlük iclasın nəticələri sentyabrın 17-də açıqlanacaq.
Qeyd etmək lazımdır ki, qızıl artıq 13 sessiyadır ardıcıl bahalaşır. 2025-ci ilin əvvəlindən bəri qiymətli metalın dəyəri 40% artıb. Qiymətlərin yüksəlişinə həm də dünya Mərkəzi Banklarının ehtiyatlarına qızıl alışı dəstək verir.
Dünən ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Yeni Dehli ticarət danışıqlarını davam etdirirlər. Həmçinin, o Hindistanın baş naziri Narendra Modi ilə yaxın həftələrdə söhbət etməyi gözlədiyini qeyd edib.
“Sevinc hissi ilə bildirirəm ki, Hindistan və Amerika Birləşmiş Ştatları ölkələrimiz arasında ticarət maneələrinin aradan qaldırılması ilə bağlı danışıqları davam etdirirlər. Çox yaxşı dostum, baş nazir Modi ilə yaxın həftələrdə söhbəti səbirsizliklə gözləyirəm. Əminəm ki, hər iki böyük ölkəmiz asanlıqla danışıqları uğurla başa çatdıracaq”, – Tramp sosial şəbəkə “Truth Social”-da yazıb.
Bundan əvvəl Tramp Hindistanın böyük həcmdə Rusiya nefti alması qərarından məyus olduğunu bildirmiş və bu mövqeyi Yeni Dehliyə çatdırmışdı. O əlavə edib ki, qismən məhz bu səbəbdən Vaşinqton Hindistan mallarına 50% gömrük rüsumu tətbiq edib.
Ötən gün ABŞ-ın əmək bazarına dair dərc olunan yenilənmiş məlumatlara əsasən, 2025-ci ilin mart ayınadək olan dövrdə ölkədə əvvəlki qiymətləndirmələrdən 911 min daha az iş yeri yaradıldığı açıqlanıb. Bu, 2002-ci ildən bəri müşahidələrin tarixində ən böyük düzəlişdir.
Ən çox iş yerlərinin azalması əyləncə, peşəkar xidmətlər və pərakəndə ticarət sahələrində müşahidə olunub. Düzəlişlərin böyük hissəsi özəl sektora aiddir. Mütəxəssislər qeyd edirlər ki, iş yerlərinin yaradılma tempi hələ ABŞ prezidenti Donald Trampın ticarət tariflərini tətbiq etməsindən əvvəl də aşağı idi, son aylar isə əmək bazarının zəifləmə tendensiyasını təsdiqləyir. Ağ Ev yeni məlumatları FED-in faiz dərəcələrini daha sürətli azaltması üçün arqument kimi dəyərləndirib.
Bu gün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-da dərc olunacaq İstehsal Qiymətlər İndeksindən (PPI) əlavə investorlar Amerikada açıqlanacaq kommersiya məqsədli neft ehtiyatları ilə bağlı məlumatları da diqqətlə izləyəcəklər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 saat əvvəl
"Tehran razılaşmasa, İranda hər şeyi havaya uçurub, nefti ələ keçirməyi düşünürəm"
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
"İran tərəfindən F-15E vurulduqdan sonra itkin düşmüş ABŞ hərbçisi xilas edilib"
-
1 saat əvvəl
"Çərşənbə axşamına qədər Hörmüz boğazı açılmasa, İran “cəhənnəmi yaşayacaq”"
- 1 gün əvvəl
-
1 gün əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
1 gün əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
İran ABŞ-ın 48 saatlıq atəşkəs təklifini rədd edib
Ən çox oxunanlar
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
“Vulkan” ASC-nin rəhbərliyi növbədənkənar formalaşdırılacaq
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb






















