Avropa İttifaqında Tesla avtomobillərinin satış azalmaqda davam edir
Avropa İttifaqı (Aİ) ölkələrində Tesla markalı avtomobillərin satışı sentyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 18,6% azalıb.Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) Avropa İttifaqı (Aİ) ölkələrinin yanvar-sentyabr dövrü üzrə yeni avtomobil qeydiyyatı məlumatlarını açıqlayıb.
Marja xəbər verir ki, amerikalı milyarder İlon Maskın sahibi olduğu Tesla şirkətinin avtomobil satışları Avropa İttifaqı (Aİ) ölkələrində azalma tendensiyasını davam etdirib. Tesla satışlarındakı azalma Avropada sentyabr ayı ilə birlikdə artıq doqquzuncu aya çatıb.
Ötən ilin sentyabr ayında 31 min 535 ədəd olan Tesla satışları, bu ilin eyni ayında 25 min 656 ədədə düşüb. Beləliklə, Tesla-nın Aİ bazarındakı satışları sentyabrda ötən ilin eyni dövrü ilə müqayisədə 18,6% azalıb.
Markanın sentyabrda Aİ-dəki ümumi yeni avtomobil satışlarındakı payı da 3,9%-dən 2,9%-ə enib. Tesla-nın Aİ ölkələrində yanvar-sentyabr dövründəki satışları ötən ilin eyni dövrü ilə müqayisədə 38,7% azalıb.
Ötən ilin yanvar-sentyabr dövründə Aİ ölkələrində 181 min 572 olan Tesla satışları, bu ilin eyni dövründə 111 min 328 səviyyəsində qalıb. Bu müddətdə şirkətin Aİ bazarındakı ümumi payı da 2,3%-dən 1,4%-ə düşüb.
Aİ-yə üzv ölkələr, Avropa Azad Ticarət Birliyinə üzv İsveçrə, Norveç və İslandiya ilə Böyük Britaniyada Tesla satışları sentyabr ayında ötən ilin eyni ayına nisbətən 10,5% azalaraq 39 min 837 ədədə, yanvar-sentyabr dövründə isə 28,5% geriləyərək 173 min 694 ədədə düşüb.
Tesla-nın Avropa ölkələrindəki satışları bu ilin əvvəlindən bəri davamlı olaraq azalır.
Maskın uzun müddət ABŞ-ın sabiq prezidenti Donald Tramp ilə yaxın əməkdaşlıq etməsi, mübahisəli davranışları və Avropa ölkələrində ifrat sağçı siyasətçilərə verdiyi açıq dəstək, avropalıların şirkətlə aralarına məsafə qoymasına səbəb olub.
Avropa Birliyində yeni avtomobil satışları sentyabrda artıb
Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) Aİ ölkələrinin sentyabr ayına dair yeni avtomobil qeydiyyatı məlumatlarını açıqlayıb.
Məlumatlara görə, Aİ ölkələrində yeni avtomobil satışları sentyabrda 2024-cü ilin eyni ayı ilə müqayisədə 10% artaraq 888 min 672 ədəd olub.
Sentyabr ayında İttifaqa üzv ölkələrdə satılan yeni avtomobillərin 34,7%-i hibrid, 24,9%-i benzinlə işləyən, 18,9%-i elektrikli, 10,3%-i fişli (plug-in) hibrid, 8,1%-i dizel və 3,2%-i isə digər yanacaq növləri ilə işləyən modellər təşkil edib.
Elektrikli avtomobil satışları sentyabrda illik müqayisədə 20% artaraq 167 min 586 ədədə çatıb. Tam elektrikli, hibrid və plagin -hibrid modellərin ümumi satışlardakı payı isə 63,9%-ə yüksəlib.
Yeni avtomobil satışları sentyabrda ötən ilin eyni dövrü ilə müqayisədə Almaniyada 12,8%, Fransada 1%, İtaliyada 4,2% və İspaniyada 16,4% artıb.
Yanvar-sentyabr dövründə isə ümumi satışlar ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% artaraq 8 milyon 57 min 335 ədədə çatıb.
Avtomobil istehsalçılarına görə, sentyabr ayında Aİ-də ən çox yeni avtomobil satışını 241 min 368 ədəd ilə Volkswagen Qrupu həyata keçirib. Peugeot, Fiat, Citroën və Opel kimi markaları birləşdirən Stellantis Qrupu 133 min 305 satışla ikinci, Renault Qrupu isə 100 min 817 yeni avtomobil satışı ilə üçüncü yerdə qərarlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
4 saat əvvəl
“Beauty Time” salonlar şəbəkəsinin rəhbərinin axtarışa verildiyi bildirilir
-
-
4 saat əvvəl
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
-
5 saat əvvəl
Bakı Fond Birjasının statistik məlumatlarını yeni formatda təqdim edir
-
5 saat əvvəl
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
MyShops-dan Ramazana özəl 60%-dək endirim və faizsiz hissəli ödəniş kampaniyası
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
"İranla danışa bilərik. İranlılar danışmaq istəyirlər"
Ən çox oxunanlar
“Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır
"Avto Azərbaycan"ın 30 illik yubileyi yaşıl təşəbbüslə qeyd olundu: 300 AĞAC ƏKİLDİ
Azərbaycanda Tam KASKO sığortasının 20% endirimlə satışına başlanıb
InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nazir quşçuluq müəssisələrində olub, müzakirələr aparılıb
"Azərişıq" barəsində iş açılıb





















