"SOCAR-ın xalis mənfəətliliyi son 5 ildə 2 dəfədən çox artıb"
Son 5 ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xalis mənfəətliliyi təxminən 2 dəfədən çox artıb.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputatların suallarını cavablandırarkən bildirib.
Nazirin sözlərinə görə, son 5 il ərzində şirkətin EBITDA göstəricisi (faizlər, vergilər və amortizasiyadan əvvəl mənfəət) isə təxminən 3 dəfədən çox artıb.
M. Cabbarov qeyd edib ki, vergi ödənişləri ilə bağlı səslənən bəzi mülahizələr düzgün deyil: "Bu məlumatlar açıqdır. Yanaşma belə olub ki, müəssisə yalnız mənfəət vergisini ödəyir. Amma belə deyil - SOCAR tərəfindən ödənilən vergilər müxtəlif növlərdən ibarətdir. Dövlət müəssisələrinin fəaliyyətinin optimallaşdırılması hər zaman aidiyyəti strukturların diqqətində olacaq".
Nazir həmçinin vurğulayıb ki, hər hansı şirkətin, o cümlədən SOCAR-ın fəaliyyəti ilə bağlı suallar birbaşa şirkətə ünvanlanmalıdır: "Xüsusilə deputatlar tərəfindən səslənən sualların cavablandırılacağından əminəm".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
14 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















