Sahil Babayev: Neftdən asılılığın azaldılması və borc sabitliyi əsas prioritetdir”
“Büdcə xərcləri üzrə dayanıqlı mənbələrin payı artır”
“Dövlət büdcəsinə neft-qaz amilinin təsirinin azaldılması, xərclərin maliyyələşdirilməsində dayanıqlı mənbələrin payının artırılması qarşımızda duran əsas hədəflərdən biridir. Bu baxımdan, tətbiq edilən büdcə qaydası çərçivəsində ortamüddətli dövr ərzində icmal büdcənin qeyri-neft baza kəsi¬rinin qeyri-neft ÜDM-ə nisbətinin ardıcıl şəkildə azaldılması nəzərdə tutulur”.
Bunu maliyyə naziri Sahil Babayev bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Növbəti il üçün icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin yuxarı həddi 19 faiz proqnozlaşdırılır ki, bu da cari ilə nəzərən 3,4 faiz bəndi az olmaqla, fiskal qayda tətbiq ediləndən bəri ən yaxşı göstəricidir. Ortamüddətli dövrün sonuna, yəni 2029-cu ildə bu nisbətin 13 faizə endirilməsi, dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin mövcud 30 faiz səviyyəsində saxlanılması nəzərdə tutulur.
Qeyd olunan hədəflər uzunmüddətli fiskal dayanıqlığın və makroiqtisadi sabitliyin təmin edilməsi məqsədlərinə xidmət etməklə, ölkəmizin qarşısında duran inkişaf gündəliyinin icrası üçün əlverişli platforma yaradacaqdır.
Maliyyə naziri: “Neftdən asılılığın azaldılması və borc sabitliyi əsas prioritetdir”
“2026-cı il üçün dövlət və icmal büdcələrin layihələri ölkəmizin sosial-iqtisadi prioritetləri və qarşımızda duran çağırışlar nəzərə alınmaqla tərtib olunub”.
Bunu maliyyə naziri Sahil Babayev bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, qeyri-neft gəlirlərinin dinamik olaraq artması dövlət büdcəsinin neft amilindən asılılığını azaltmaqla yanaşı, strateji valyuta ehtiyatlarına qənaət imkanı yaradır. Ortamüddətli dövrdə dövlət maliyyəsi sahəsində neftdən asılılığın minimal həddə endirilməsi, habelə dövlət borcunun dayanıqlı səviyyədə qorunması üçün hökumət tərəfindən metrik strateji hədəflər və müvafiq yol xəritəsi müəyyənləşdirilmişdir.
Təqdim olunan 2026-cı il dövlət büdcəsi büdcə layihəsində eyni zamanda büdcədənkənar dövlət fondlarının və regionların dövlət büdcəsindən asılılığının minimallaşdırıl¬ması prinsipi rəhbər tutulmuşdur ki, bu da fiskal dayanıqlığın digər mühüm parametrləri kimi çıxış edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























