AccessBank və Neurotime süni intellekt sahəsində tədris təşəbbüsünə start verdilər
AccessBank Azərbaycanda süni intellektin (AI) tətbiq sahələrinin dinamik genişlənməsini və müxtəlif sektorlar üzrə rəqəmsal transformasiyaya olan tələbatın sürətlə artmasını nəzərə alaraq, süni intellekt sahəsində ixtisaslaşmış Neurotime şirkəti ilə Anlaşma Memorandumunun imzalandığını elan edib.
Bu əməkdaşlıq ölkədə AI ekosisteminin inkişafına dəstək vermək və bu sahədə peşəkar kadr hazırlığını gücləndirmək məqsədi daşıyır.
Memorandum çərçivəsində tərəflər süni intellekt üzrə müasir bilik və praktiki bacarıqların formalaşdırılması üçün birgə tədris proqramlarının hazırlanmasını və həyata keçirilməsini nəzərdə tutur. Proqramların məqsədi əmək bazarında artan tələbatı qarşılamaq, gənclər və mütəxəssislər üçün AI yönümlü yeni imkanlar yaratmaq, həmçinin ölkənin rəqəmsal inkişaf strategiyasına töhfə verməkdir.
Əməkdaşlığa əsasən, AccessBank tərəfindən təyin olunmuş təlimçilər “AI ilə Dizayn” istiqaməti üzrə tədris prosesini aparacaq, bu sahədə generativ dizayn prinsipləri, AI-assisted kreativlik, vizual kontent yaradılmasında alqoritmik yanaşmalar kimi mövzulara fokuslanacaqlar. Neurotime mütəxəssisləri isə həm “Data Mühəndisliyi və Generative AI”, həm də “Generative AI ilə Next-Gen Frontend” proqramlarını həyata keçirəcək. “Data Mühəndisliyi və Generative AI” moduluna Python və Data Engineering əsasları, SQL və NoSQL, konteynerləşdirmə, mesajlaşma sistemləri, izləmə və monitorinq, həmçinin generativ AI texnologiyalarının real biznes tətbiqləri daxildir. “Frontend + AI” kursu isə qabaqcıl frontend texnologiyaları və AI inteqrasiyası, interaktiv istifadəçi interfeyslərinin yaradılması və vizual AI modellərinin tətbiqi üzrə təcrübə təmin edəcək.
Təlim prosesi AccessBank-ın Baş Ofisində əyani formatda təşkil olunacaq. İştirakçıların seçimi, qeydiyyatı və qiymətləndirilməsi isə Neurotime tərəfindən aparılacaq. Memorandum həmçinin AccessBank əməkdaşlarına təlim sessiyalarında ödənişsiz iştirak imkanı yaradır ki, bu da Bankın öz daxili insan kapitalının inkişafına verdiyi dəyərin bariz göstəricisidir.
“Biz hesab edirik ki, bu tədris təşəbbüsü yalnız İT sahəsində deyil, biznesin digər istiqamətlərində də real tətbiq imkanları yaradacaq. Süni intellekt müxtəlif biznes proseslərinin məhsuldarlığını artırmağa, analitikanı gücləndirməyə və əməliyyat qərarlarını daha dəqiq etməyə imkan verir. Yerli mütəxəssislərin AccessBank komandası ilə birlikdə çalışaraq AI həllərinin bank və biznes mühitinə tətbiq imkanlarını öyrənməsi dəyərli nəticələr verəcək”, - deyə AccessBank İdarə Heyətinin sədri Davit Tsiklauri deyib.
“Biz inanırıq ki, AccessBank ilə qurduğumuz bu əməkdaşlıq insan kapitalına yönəlmiş ən güclü və dəyərli investisiyadır. Süni intellekt artıq dünyanın bir çox ölkəsində gündəlik iş proseslərinin ayrılmaz hissəsinə çevrilib. Məqsədimiz Azərbaycanda bizneslərin fəaliyyətinə dəstək olmaq, onların rəqəmsal transformasiya prosesini sürətləndirməkdir. Bu Memorandum isə həm iştirakçılar, həm də AccessBank əməkdaşları üçün yeni texnoloji bacarıqlar qazanmaq, süni intellektin praktiki tətbiqlərini öyrənmək və peşəkar inkişafı gücləndirmək üçün əla imkandır”, - deyə Neurotime şirkətinin direktoru Vüqar Cavadov bildirib.
AccessBank və Neurotime arasında imzalanan bu Memorandum ölkədə süni intellekt sahəsinin inkişafına, rəqəmsal bacarıqların artırılmasına və innovativ düşüncə tərzinin təşviqinə mühüm töhfə verəcək.
Neurotime Azərbaycanın süni intellekt sahəsində öncül şirkətlərindən biri olaraq, 2021-ci ilin noyabr ayında fəaliyyətə başlamışdır. Şirkət özünün AI əsaslı məhsulları ilə, xüsusən Marketinq Workflow-ları və digər innovativ həllərlə tanınır, müəssisələrə iş proseslərini optimallaşdırmaq, qərar qəbuletmə prosesini sürətləndirmək və rəqəmsal transformasiyanı dəstəkləmək imkanı verir. Neurotime ölkədə süni intellekt texnologiyalarının inkişafına töhfə verməklə yanaşı, innovativ düşüncə tərzinin təşviqinə də xüsusi önəm verir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
SOCAR-ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
- 16 saat əvvəl
-
17 saat əvvəl
“Kristal” şirkəti İtaliyanın qabaqcıl istehsalçısı ilə memorandum imzaladı
- 17 saat əvvəl
-
17 saat əvvəl
"Netflix" yarışı qazandı: "Warner Bros Discovery"ni 82,7 milyard dollara satın alır
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İllik 15%-lik yüksək gəlir əldə etmək imkanı ®
SOCAR və “Uzbekneftegaz”ın birgə layihəyə başladı - Daşkənddə mərasim keçirilib, Mirziyoyev də iştirak edib
12, 36 və 146 nömrəli marşrutlarda avtobuslar yenilənir
SOCAR-ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
9-cu “Zeekr 001” avtomobilinin sahibi Leyla Fətəliyeva oldu
"Netflix" yarışı qazandı: "Warner Bros Discovery"ni 82,7 milyard dollara satın alır
Bank İmişlidə filial açdı
InvestAZ və Bakı Avrasiya Universiteti investisiya və kriptovalyuta bazarı üzrə seminar təşkil edib
Lombard şirkətinə 1,3 milyon manat pul lazımdır
Özbəkistan Prezidenti Azərbaycanın nazirini qəbul edib, birgə layihələri müzakirə edib
Azad olunmuş ərazilər üzrə torpaqların icarə müqavilələrinin imzalanmasına başlanıb
"Sizin Lombard"ın 15% gəlirliliyi olan 2 milyon manatlıq istiqrazları tam yerləşdirildi
Öz ərizəsi ilə işdən azad olundu


















.jpg)

