Borcuna görə girov götürülmüş şirkətlər barədə qərarlar qəbul edilib
“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınmış problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və rəsmiləşdirilmiş əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə Komissiyası”nın növbəti iclası keçirilmişdir.
"Marja" xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 və 07 avqust 2015-ci il tarixli, 575 saylı fərmanlarının icrası olaraq “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən davamlı tədbirlər həyata keçirilir.
Görülmüş tədbirlər nəticəsində Azərbaycan Beynəlxalq Bankı ASC-dən alınmış aktivlər üzrə əsas borclar (kreditlər) və faizlər, borcun təminatı olan girov (ipoteka), zaminlik üzrə tələb hüquqları qanunvericiliyə əsasən əldə edilərək, “Aqrarkredit” QSC-nin idarəetməsinə verilmiş problemli kredit borcları olan müəssisələrin əmlaklarının bir qisminin üzərində mülkiyyət hüququ tanıdılmışdır.
Həmin əmlakların müvafiq qaydada qiymətləndirilməsi və satışının təşkil edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2016-cı il tarixli, 252 nömrəli qərarı ilə yaradılmış “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətindən alınmış problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və rəsmiləşdirilmiş əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə komissiyasının iclasları keçirilmişdir.
İclasda “Kainat” ASC və “Fireland Vineyards” MMC üzrə əmlakların ilkin qiymətinin təsdiq edilməsi və hərraca çıxarılması barədə, “Qafqaz Beton 2007” MMC üzrə biznesin qiymətinin nəzərə alınması, eyni zamanda, həmin müəssisə üzrə əmlakın qiymətləndirilməsi barədə qərar qəbul edilmiş, həmçinin “Mingəçevir İzolit” ASC, “BOT” MMC, “Bakı Fındıq Emalı” MMC, “Stimul” MMC və “Şəki Kərpic” MMC üzrə əmlakların qiymətləndirilməsi işinin təşkili ilə bağlı komissiya tərəfindən “Aqrarkredit” QSC-nin İdarə Heyətinə tapşırıqlar verilmişdir.
Hazırda Azərbaycan Beynəlxalq Bankı ASC-dən qəbul edilmiş problemli kreditlər üzrə işlər davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 4 d. əvvəl
-
- 9 d. əvvəl
- 14 d. əvvəl
- 22 d. əvvəl
- 42 d. əvvəl
- 58 d. əvvəl
-
59 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
2 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol






.jpg)
.jpg)









.jpg)





