AccessBank 2025-ci il üzrə maliyyə nəticələrini açıqladı
Azərbaycanda mikro sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2025-ci ilin sonuna olan maliyyə nəticələrini açıqlayıb.
AccessBankın yaydığı press-relizdə bildirilir ki, Bank, 2025-ci ilin nəticələrinə görə, 49.1 milyon manat xalis mənfəət əldə edib. Aktivlərin həcmi isə ötən ilin analoji dövrü ilə müqayisədə 19.2% və ya 285.1 mln manat artaraq 1.8 mlrd. manata çatıb.
Artımı şərtləndirən drayverlər kimi, ölkədə artan iqtisadi aktivliyin yüksəlməsi fonunda əmanətçilərin və Beynəlxalq fondların inamının artması olmuşdur. Belə ki:
- Kredit portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 15.9% və ya 182.6 milyon manat artıb və hesabat dövrünün sonuna 1 milyard 334.2 milyon manat təşkil edib.
- Kredit portfelinin 76.7%-i biznesə ayrılmış kreditlər təşkil edir ki, bu da 1 milyard 22.9 milyon manatdır. Ötən ilin analoji dövrü ilə müqayisədə biznes portfeli 13.4% və ya 121.0 milyon manat artıb.
- Depozit portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 10.3% və ya 105.9 milyon manat artaraq hesabat dövrünün sonuna 1 milyard 132.4 milyon manat təşkil edib.
- AccessBank hesabat dövründə beynəlxalq fondlardan 100 milyon manat ekvivalentində kredit cəlb etmişdir. Nəticədə, beynəlxalq maliyyə institutlarından cəlb edilmiş vəsaitlərin qalığı 190.5 mln manata çatmışdır.
- Əlavə olaraq, beynəlxalq maliyyə qurumlarının Bankla uzunmüddətli əməkdaşlığı çərçivəsində 10 mln ABŞ dolları həcmində subordinasiya olunmuş borc öhdəliyi cəlb edilmişdir.
- 2025-ci il ərzində Bankın məcmu kapitalı ötən il ilə müqayisədə 26.7% və ya 49.4 milyon artaraq 234.4 milyon manata yüksəlmişdir ki, bu da requlyativ tələbdən 4.7 dəfə çoxdur. Artımın əsas səbəbi generasiya edilən mənfəət və kapital elementi olan xaricdən cəlb olunmuş subordinasiya olunmuş kredit borcudur.
- Faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 14.1% artaraq 256.2 milyon manat təşkil edib. Xalis faiz gəlirləri isə 15.7 milyon artaraq 156.0 milyon manata çatıb.
- Xalis əməliyyat mənfəəti 2025-ci ildə 76.3 milyon manat olub. 2024-cü ildə eyni göstərici 70.6 milyon manat təşkil edib.
- Bankın likvidlik mövqeyi dayanıqlıdır və ani likvidlik əmsalı 79.8% təşkil edir ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2.7 dəfə yüksəkdir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 24-ü bölgələrdə olmaqla, 38 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
-
19 d. əvvəl
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTOLAR
-
- 36 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Gələcəyə böyük addım: Payonix BOKT-un aktivləri və gəlirləri sürətlə artır!
- 2 saat əvvəl
-
2 saat əvvəl
İşdən qanunsuz çıxarılmış 53 nəfər isə əvvəlki işlərinə bərpa etdirilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTOLAR
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
İyunun 6-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Dəmir zavodu layihəsilə bağlı növbəti müqavilələr imzalanıb - 800 MİLYON DOLLAR İNVESTİSİYA, 1600 İŞ YERİ
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
















.jpg)






