Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb

2025-ci ildə Çində doğum nisbəti 1000 nəfərə 5,63-ə geriləyərək milli qeydiyyatların aparılmağa başlandığı 1949-cu ildən bu yana ən aşağı səviyyəyə düşüb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çin Milli Statistika Bürosu (MSB), 2025-ci ilə aid əhali məlumatlarını açıqlayıb.

Marja xəbər verir ki, Çinin ana qitəsində əhalisinin sayı 2024-cü ildə 1 milyard 408 milyon 280 min nəfər ikən, 2025-ci ildə 1 milyard 404 milyon 890 min nəfərə geriləyib.

Çinin əhalisi 2025-ci ildə 3,39 milyon nəfər azalıb və əvvəlki 3 ildəki azalma meylini davam etdirib.

Çin əhalisi 2022-ci ildə 1960-cı illərin əvvəllərindəki aclıq illərindən bu yana ilk dəfə azalmışdı. Bu, Çində əhalinin uzunmüddətli azalma meylinin başladığı il kimi qiymətləndirilirdi.

Doğum nisbəti azalıb, ölüm nisbəti artıb

Çində 2025-ci ildə 7,92 milyon körpə dünyaya gəlib, yeni doğulanların sayı 2024-cü illə müqayisədə (9,54 milyon körpə) 16,9 faiz azalıb.

2024-cü ildə hər 1000 nəfərə 6,77 olan doğum nisbəti 2025-ci ildə hər 1000 nəfərə 5,63-ə düşüb. Doğum nisbəti milli qeydiyyatların aparılmağa başlandığı 1949-cu ildən bəri ən aşağı səviyyəyə geriləyib.

Ölkədə 2025-ci ildə 11,31 milyon ölüm qeydə alınıb, 2024-cü ildə 10,93 milyon ölüm qeydə alınmasına nisbətən 3,4 faiz artım müşahidə edilib. Ölüm nisbəti hər 1000 nəfərə 7,76-dan 8,04-ə yüksəlib. Əhalinin təbii artım sürəti minə mənfi 2,41-ə düşüb.

Kişi əhalisi 716,85 milyon, qadın əhalisi isə 688,04 milyon olub.

Əhalinin 15,9 faizinin yaşı 65 yaş və yuxarıdır

Əhalinin yaş qruplarına görə paylanmasında, “işləyən yaş” (əmək qabiliyyətli əhali) hesab edilən 16-dan 59-a qədər 851,36 milyon nəfər ilə əhalinin 60,6%-nı, 60 yaş və yuxarı isə 323,38 milyon nəfər ilə əhalinin 23%-nı təşkil edib.

Təqaüd yaşındakı 65 yaş və yuxarı isə 223,65 milyon nəfər ilə ümumi əhalinin 15,9%-nə çatıb.

Şəhər əhalisi 2025-ci ildə əvvəlki ilə nisbətən 10,3 milyon artaraq 953,8 milyonadək yüksəlib, kənd əhalisi isə 13,69 milyon azalaraq 451,09 milyona geriləyib. Şəhər əhalisinin payı 67,89%-ə yüksəlib, kənd əhalisinin payı isə 32,11% olub.

Uzunmüddətli demoqrafik dəyişiklik

Analitiklərə görə Çin, əhalisinin getdikcə yaşlanacağı, işləyən (əmək qabiliyyətli) əhalisinin payının getdikcə azalacağı uzunmüddətli demoqrafik dəyişiklik mərhələsinə daxil olub.

2016-cı ildən bəri əhali artım sürətinin azaldığı Çində gələcək illərdə əhalinin daha sürətli azalacağı proqnozlaşdırılır.

Çində hökumət 1980-ci illərdən etibarən tətbiq olunan “tək uşaq” siyasətini tərk edərək əvvəlcə 2016-cı ildə uşaq sahibi olma limitini 2-yə qaldırmış, sonra 2021-ci ildə ailələrin 3 uşaq sahibi olmasına icazə verən qanun dəyişikliyini qəbul etmişdi.

Ailələri uşaq sahibi olmağa təşviq edən siyasətlərə baxmayaraq ölkədə iqtisadi artımın yavaşlaması, həyat və uşağın tərbiyə xərclərinin artması səbəbindən yeni nəsillər uşaq sahibi olmaqda tərəddüd edir.

Əhali azalmasının yaşlanma ilə birlikdə gələcəkdə Çinin əmək potensialında azalmaya səbəb olacağı, bunun iqtisadiyyata təsirlərinin hiss ediləcəyi proqnozlaşdırılır.

19.01.2026 12:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18