Şirkət un məhsullarının qiymətlərini aşağı saldı
Bugündən etibarən Azərbaycanın aqrar və qida sənayesinin aparıcı şirkətlərindən biri olan “Agro Dairy” un məhsullarına xüsusi endirim kampaniyasına start verib.
Şirkətin taxıl emalı bölməsi üzrə fəaliyyət göstərən “Abşeron Dəyirmanı” (ATS Mill) müəssisəsi Novruz bayramı və müqəddəs Ramazan ayı ərəfəsində ailələrin bayram hazırlıqlarını daha sərfəli etmək məqsədilə yüksək keyfiyyətli un məhsullarını endirimli qiymətlərlə təqdim edir.
11–31 mart tarixlərini əhatə edən kampaniya çərçivəsində şirkətin “Abşeron un” və “Cənub un” brendləri altında istehsal olunan bütün növ un məhsulları istehlakçılar üçün bayram endirimi ilə daha əlçatan olacaq.
Belə ki, kampaniya müddətində 1 kisə un məhsulunun satış qiyməti 28 manatdan 27,5 manata endirilir. Eyni zamanda, digər un çeşidləri üzrə də müvafiq qiymət endirimləri tətbiq olunur. Bu isə alıcılara yüksək keyfiyyətli yerli məhsulları bazarda ən münasib qiymətlərlə əldə etmək imkanı yaradır.
Təşəbbüs xüsusi günlərdə ailələrin ənənəvi şirniyyat və çörək məhsullarını daha əlverişli şərtlərlə hazırlamasına dəstək göstərməyi və evlərdə bayram sevincini paylaşmağı hədəfləyir.
“Abşeron Dəyirmanı” kampaniya çərçivəsində milli mətbəximizin sevilən dadlarını daha sərfəli qiymətlərlə süfrələrə gətirərək istehlakçıları təqdim olunan endirim imkanlarından yararlanmağa dəvət edir.
İstehlakçıların etibarlı seçimi olan “Agro Dairy” torpaqdan süfrəyə qədər uzanan istehsal zəncirinin bütün mərhələlərində yüksək keyfiyyət standartlarını qoruyaraq insanların gündəlik həyatına dəyər qatmağa davam edir.
Əlaqə məlumatları:
“Abşeron Taxıl” MMC (“ATS Mill” MMC)
Ünvan: Şamaxı şossesi 129, AZ0100, Xırdalan, Azərbaycan
Telefon: (+994) 51 240 95 61
Email: [email protected]
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 20 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























