Banvit-in satışı üçün müqavilə imzalanıb
Türkiyənin toyuq əti istehsalçısı Banvit şirkətinin səhmlərinin 79.48%-nin dünyanın ən böyük toyuq əti istehsalçılarından biri olan Braziliyanın BRF S.A. şirkətinə bağlı "BRF Gmbh" şirkətinə və Qatar Investment Authority-yə satışı üzrə müqavilə imzalanıb.
"Marja" xəbər verir ki, BRF və Qatar Investment Authority, Banvit-i satın almaq üçün bir ortaq şirkət yaradacaq. Yaradılacaq bu şirkətdə BRF-nin payı 60 faiz, Qatar Investment Authority-nin payı 40 faiz olacaq.
Braziliyanın ərzaq məhsulları istehsalçısı BRF-nin Twitter hesabından verilən açıqlamada, "BRF 2017-ci ilə yeni bir tərəqqi ilə başlayır. BRF dünyanın ən böyük halal toyuq əti istehlakçısından pay alır" deyilir.
Banvit-dən məlumata görə, şirkətin ödənilmiş kapitalının təxminən 79.48%-ni təşkil edən səhmlərinin 915.06 milyon lirəyə satışı üçün müqavilə imzalanıb.
Qeyd edək ki, Banvit məhsulları Azərbaycan bazarında da yer alır.
Xəbərin yayımlanmasından sonra, Banvit səhmləri 13 faiz bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur












.jpg)







