Azərbaycanda 1,7 milyard manatlıq satınalma
Ötən il Azərbaycanda müsabiqə yolu ilə həyata keçirilən satınalmalarının ümumi həcmi 1,7 mlrd. manat olub ki, bunun da əsas hissəsi dövlət büdcəsindən maliyyələşən satınalmaların payına düşüb.
Bunu "Transparency Azerbaijan" təşkilatının satınalmalar üzrə eksperti Elvin Yusifli deyib.
E.Yusiflinin sözlərinə görə, dövlət büdcəsi hesabına müsabiqələr vasitəsi ilə aparılan satınalmaların həcmi 1,4 mlrd. manat təşkil edir: "Təəssüf ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin hesabatında dövlət büdcəsindən birbaşa maliyyələşən satınalamalarla bağlı məlumat tapmaq mümkün deyil. Lakin Hesablama Palatasının hesabatında göstərilir ki, 2016-cı il dövlət büdcəsinin vəsaitlərinin 3,2 mlrd. manata yaxın hissəsi satınalmalar üçün xərclənib. Bu isə büdcənin 17,9%-nə, ÜDM-in isə 5,3%-nə bərabərdir".
Ekspert Azərbaycanda tərtib edilən satınalma elanlarında boşluqlarının olduğunu da qeyd edib: "Satınalma elanlarının əksəriyyəti standart şablon üzrə hazırlanır. Burada tələb olunan minimum məlumat verilir. Amma bununla belə, yenə də müəyyən səhvlərə yol verilir".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 2 saat sonra
-
-
6 d. əvvəl
"Avtoicbari sığortası üzrə hər il 100-120 milyon manat təzminat ödənilir"
- 24 d. əvvəl
- 54 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
1 saat əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
Ən çox oxunanlar
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb





























