970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi

Bakı Metropolitenində rəqəmsal transformasiya istiqamətində mühüm addımlar atılıb: Rabalon tərəfindən 3 mühüm İT həlli uğurla tətbiq olunub.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Rabalon Bakı Metropolitenində 3 İT həllini uğurla tətbiq etdi
iç səhifə xəbər şəkil altı (mobil)_32

Bakı Metropoliteninin İT infrastrukturunun daha effektiv, təhlükəsiz və idarəolunan mühitə çevrilməsi istiqamətində həyata keçirilən layihə uğurla başa çatıb.

Layihə çərçivəsində Azərbaycanın informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərindən biri olan Rabalon tərəfindən təqdim edilən 3 fərqli korporativ həll Bakı Metropoliteninin fəaliyyətində tətbiq olunub. Tətbiq edilən həllər İT xidmətlərinin idarə olunması, son istifadəçi cihazlarının mərkəzləşdirilmiş şəkildə nəzarətdə saxlanılması və şəbəkə infrastrukturunun monitorinqi istiqamətlərini əhatə edir.

Layihə çərçivəsində ManageEngine ServiceDesk Plus, ManageEngine Endpoint Central və ManageEngine OpManager həlləri uğurla tətbiq edilərək istismara verilib.

Bu həllər vasitəsilə Bakı Metropoliteni İT xidmətlərinin idarə olunmasını daha sistemli şəkildə təşkil etmək, istifadəçi cihazları üzərində nəzarəti gücləndirmək, şəbəkə infrastrukturunun vəziyyətini real vaxt rejimində izləmək və kiber-insidentlərin vaxtında qarşısını almaq imkanları əldə edib.

Rabalon nümayəndələrinin sözlərinə görə, layihənin uğurla tamamlanması tərəflər arasında qurulan peşəkar əməkdaşlığın və effektiv koordinasiyanın nəticəsidir.

"Rəqəmsallaşmanın sürətləndiyi dövrdə kritik infrastruktur qurumlarının müasir İT idarəetmə alətlərindən istifadə etməsi xüsusi əhəmiyyət daşıyır. Bakı Metropoliteni ilə birgə həyata keçirdiyimiz bu layihənin uğurla tamamlanması bizim üçün mühüm nailiyyətlərdən biridir."

Qeyd edək ki, müasir İT idarəetmə, kibertəhlükəsizlik və monitorinq həllərinin tətbiqi qurumlara əməliyyat xərclərini optimallaşdırmağa, insidentlərə daha sürətli reaksiya verməyə və xidmət keyfiyyətini yüksəltməyə imkan verir.

Bakı Metropolitenində həyata keçirilən bu layihə ölkədə rəqəmsal transformasiya prosesinin sürətləndirilməsi istiqamətində atılan növbəti uğurlu addımlardan biri kimi qiymətləndirilir.

16.06.2026 18:51
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19