“Amrahbank” maliyyə göstəricilərini açıqladı
2017-ci ilin 9 ayı ərzində “Amrahbank” ASC-nin cəmi gəlirləri təxminən 18 milyon manat təşkil edib.
“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, “Amrahbank”ın faiz gəlirləri 10 milyon 382 min manat, qeyri-faiz gəlirləri isə 7 milyon 751 min manat təşkil edib.
Bank 9 ay ərzində ehtiyatların yaradılmasına təxminən 3 milyon 328 min manat ayırıb.
2016-cı ilin 9 ayında "Amrahbank"ın cəmi gəlirləri təxminən 28 milyon manat, o cümlədən faiz gəlirləri 19 milyon 442 min manat, qeyri-faiz gəlirləri 8 milyon 570 min manat təşkil etmişdi.
Cari ilin 9 ayında “AmrahBank”ın xərcləri gəlirlərini üstələdiyi üçün Bank 9 ayı 5 milyon 822 min manat zərərlə bağlayıb. Bank ötən ilin anoloji dövründə 3 milyon 868 min manat zərər açıqlamışdı.
30 Sentyabr 2017-ci il tarixində “AmrahBank” 235 milyon 81 mijn manat cəmi aktivlərə, 187 milyon 145 min manat cəmi öhdəliklərə və 17 milyon 998 min manat cəmi balans kapitalına malik olub. Bankın məcmu kapitalı isə 47 milyon 314 min manat təşkil edib.
BANKIN DEPOZİT PORTFELİ ARTIB
Bankın müştərilərə verdiyi kreditlər 124 milyon 177 min manatdan 97 milyon 441 min manata düşüb, müştəri hesabları isə 129 milyon 154 min manatdan 141 milyon 718 min manata, depozitlər isə 127 milyon 356 min manatdan 140 milyon 774 min manata qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























