Azərbaycanda siqaret qaçaqmalçılığı genişlənəcək - İRİ ŞİRKƏTDƏN XƏBƏRDARLIQ
"Japan Tobacco International" (JTI) şirkətinin Azərbaycan nümayəndəliyi yeni ildən ölkədə idxal tütün məhsullarına aksiz dərəcələrinin bir neçə dəfə artırılmasının mənfi nəticələrə gətirib çıxara biləcəyini düşünür.
JTI şirkətinin Bakı ofisindən bildirilib ki, bunun nəticəsində daxili bazarda qaçılmaz olan qiymət artımı qanuni siqaret dövriyyəsini azalda və qaçaqmalçılığı genişləndirə bilər:
"Nəticədə, dövlət büdcəsinə gözlənilən daxilolmalar azalacaq, istehlakçılar isə keyfiyyətsiz və mənşəyi məlum olmayan daha ucuz "kontrabanda" məhsullarına keçəcəklər".
"Azərbaycanda tütün bazarı üçün vergi və qiymət artımı şoklarının qarşısının alınması, biznesin dayanıqlı inkişafı üçün əlverişli şəraitin yaradılması və tütün məhsullarının qaçaqmalçılıq riskinin azaldılması baxımından ortamüddətli aksiz planının olması zəruridir", - şirkətdən qeyd olunub.
Bununla yanaşı, bildirilib ki, "Nielsen" beynəlxalq marketinq şirkətinin Azərbaycanda apardığı son araşdırmaların nəticələrinə əsasən, 2017-ci ilin iyul ayında daxili bazarda qanunsuz siqaretlərin payı 13,9%-ə çatıb.
"Gürcüstanın 2005-ci ildəki acı təcrübəsi, habelə digər ölkələrin təcrübəsi göstərir ki, aksiz vergilərinin çox artırılması qanuni siqaret istehlakı və vergi gəlirlərinə mənfi təsir edir. Məsələn, 2002-2006-cı illərdə Almaniyada aksiz vergisinin xeyli artırılması qanuni yolla istehsal və idxal edilən siqaretlərin istehlakını və bunun nəticəsində vergi daxilolmalarını azaldıb. Əvəzində, qaçaqmalı yolu ilə gətirilən siqaretlərin bazarda payı 20%-ə çatıb. 2007-2009-cu illərdə hökumət bu siyasətin ziyanlı olduğunu anlayaraq, aksiz vegilərinin artırılmasını dayandırıb və bununla da qanunsuz siqaret bazarının daha da genişlənməsinin qarşısını alıb", - "JTI Azerbaijan"dan əlavə olunub
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 5 d. əvvəl
-
- 21 d. əvvəl
- 21 d. əvvəl
- 24 d. əvvəl
- 43 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
1 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Ən çox oxunanlar
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır























