Gönlər idxal rüsumundan azad olunacaq
Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən emal edilməmiş iribuynuzlu mal-qara gönləri idxal rüsumundan azad olunacaq.
Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.
Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən tüklü və ya tüksüz, ikilənmiş və ya ikilənməmiş iribuynuzlu mal-qaranın (camışlar da daxil olmaqla) və ya atlar fəsiləsi heyvanlarının emal edilməmiş gönləri (təzə və ya duzlu, qurudulmuş, küllələnmiş, pikelləşdirilmiş ya da digər üsulla konservləşdirilmiş, lakin aşılanmamış və ya perqamentləşdirilməmiş və ya sonrakı emala məruz qalmamış) gömrük dəyərlərinin 15 faizi həcmində idxal gömrük rüsumuna cəlb edilir. Gələn il yanvarın 1-dən isə edilən iribuynuzlu mal-qaranın emal edilməmiş gönləri idxal rüsumundan azad olcaq. Ancaq iribuynuzlu mal-qaranın (camışlar da daxil olmaqla) və ya atlar fəsiləsi heyvanlarının gönlərindən tüksüz, ikilənmiş və ya ikilənməmiş, lakin sonrakı emala məruz qalmamış aşılanmış dəri və ya dəri krastı üçün idxal gömrük idxal rüsumu ləğv olunmayıb. Gələn il yanvarın 1-dən emal edilməmiş bu gönlər üçün idxal gömrük rüsumu onların hər bir ədədi üçün 15 faiz olmaqla hesablanacaq. Perqamentləşdirilmiş daxil olmaqla, iribuynuzlu mal-qara (camışlar da daxil olmaqla) və ya atlar fəsiləsi heyvanlarının gönlərindən tüksüz, ikilənmiş və ya ikilənməmiş, aşılanmadan sonra əlavə olaraq emal edilmiş dəri və ya dəri krastı şəklində dəri üçün gömrük idxal rüsumu isə belə gönlərin 1 kvadratmetri üçün 15 faiz olmaqla hesablanacaq.
Yunlu və ya yunsuz, ikilənmiş və ya ikilənməmiş, emal edilməmiş qoyun və ya quzu gönləri (təzə və ya duzlu, qurudulmuş, küllələnmiş, pikelləşdirilmiş və ya başqa üsulla konservləşdirilmiş, lakin aşılanmamış, perqamentləşdirilməmiş və ya sonrakı emala məruz qalmamış) də 15 faiz idxal gömrük rüsumundan azad edilməyib. Sadəcə, gələn il yanvarın 1-dən emal edilməmiş qoyun və ya quzu gönləri üçün idxal gömrük rüsumu hər bir ədədi üçün 15 faiz olmaqla hesablanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 12 d. əvvəl
- 27 d. əvvəl
-
- 32 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu ilin 1-ci rübündə 925 mln. kVt·st “yaşıl enerji “istehsal edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
İlham Əliyev Şimali Kipr Prezidenti ilə görüşüb
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Prezident İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə görüşüb
Azərbaycan neftinin son qiyməti
Azərbaycan xaricdən ət alışını daha da artırıb - 3 AYDA 29 MİLYON DOLLARIN ÖLKƏDƏN ÇIXMASINA SƏBƏB OLUB
ING: Mənfi ssenaridə neftin qiyməti 121 dollara çata bilər
Ən çox oxunanlar
Trampın İranda müharibənin “yaxın zamanda başa çatacağını” deməsindən və İsrail–Livan atəşkəsindən sonra neft ucuzlaşır
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
Rəsmi məzənnələr açıqlandı
Netflix səhmləri 9% ucuzlaşıb
İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib














.jpg)







