Bil Qeyts "super inək" yaratmaq üçün milyonlar ayırdı
Milyarder Bil Qeyts (Bill Gates), daha çox süd verəcək "super inək" yaratmaq üçün 29 milyon funt-sterlinq investisiya edir. Məqsəd daha az yeyən, daha güclü və daha məhsuldar bir inək irqi yaratmaqdır. Qeyts, Afrika heyvanlarının DNT-sindən hər yerdə yaşamağa uyğunlaşan səmərəli bir heyvan yetişdirilməsini istəyir.
DAHA AZ YEYİB HƏYATDA QALIR
İngiltərədə "Holstein-Friesians" cinsindən olan inəklər gündə orta hesabla 19 litr süd istehsal edir. Afrika inəkləri isə yalnız 1,5 litr istehsal edə bilirlər. Ancaq Afrika inəkləri yüksək temperaturlarda sağ qala bilir və çox daha az yeyirlər.
"HEYVANDARLIQ SEHRLİ BİR ŞEYDİR"
Qeyts, Edinburq Universitetində etdiyi çıxışında araşdırmaya maliyyə yardımı ayırdığını elan edərək,"Heyvandarlıq sehrli bir şeydir. Ən yoxsul ölkələrdə yaşayan bir milyarddan artıq insan üçün kənd təsərrüfatı və heyvandarlıq bir həyat xilaskarıdır",- deyib.
DÖRD DƏFƏ DAHA MƏHSULDAR
Edinburqdakı alimlər, qismən Beynəlxalq İnkişaf Departamenti tərəfindən maliyyələşdirilən araşdırmalarda tropik bölgələrdəki xəstəliklərə məruz qalan sığırların həyatlarını xilas etmək üçün peyvənd yaratmaq məqsədli proqramlar da istifadə edəcəklər.
Qeyts, "Daha dözümlü, dörd qat daha məhsuldar bir inəyiniz ola bilər" deyərək layihənin əhəmiyyətini vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
17 d. əvvəl
Lombard şirkəti "BQ" 52 investordan illik 15%-lə 2 milyon manat borc aldı
- 27 d. əvvəl
-
-
39 d. əvvəl
Nissan Çinin avtomobil istehsalçısı ilə danışıqlar aparır: Ortaq istehsal gündəmdədir
-
2 saat əvvəl
PAŞA Bank, Dövlət Vergi Xidməti aksizli mallar üzrə yeni rəqəmsal ödəniş həlli təqdim edib
- 2 saat əvvəl
-
2 saat əvvəl
"PAŞA Kapital"ın xalis mənfəəti artıb - ŞİRKƏTİN MALİYYƏ VƏZİYYƏTİ
-
2 saat əvvəl
"BRAND CREDİT" BOKT maliyyə göstəricilərini açıqladı - HESABATLAR VƏ AUDİTORUN RƏYİ
-
2 saat əvvəl
Xalq Bank Visa Direct to Account and Wallet xidmətini istifadəyə verdi
-
3 saat əvvəl
Bank sədri: "Bu il 100 milyon manatlıq istiqraz emissiyasını planlaşdırırıq"
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Səhmdarlarımız nominal qiymətdən 15.6% dividend gəliri əldə edəcəklər"
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Prezident İlham Əliyev Türkiyədə şəfərdədir
Aprelin 17-də gözlənilən hava şəraiti
"BRAND CREDİT" BOKT maliyyə göstəricilərini açıqladı - HESABATLAR VƏ AUDİTORUN RƏYİ
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Qırğızıstan vətəndaşlarının Azərbaycandakı BOKT-nun xalis mənfəəti 40 %-ə yaxın azalıb
“Teleradio”ya yeni rəhbər təyin edilib
Azərbaycanın iri bankı Özbəkistanda bank alır





.jpg)












.jpg)







