“Jumeirah” Azərbaycandan gedir
“Jumeirah” brendi və “Jumeirah Bilgah Beach Hotel” sahibkar şirkəti ilə əldə olunan razılığa əsasən “Jumeirah” riteyli Azərbaycanı tərk edir.
Tərəflər arasındakı idarəetmə müqaviləsi bu ilin sonunadək, yəni 31 dekabr 2016-ci ildə bitəcək.
Bununla əlaqədar olaraq, 2017-ci ildən hotel daha “Jumeirah” adını daşımayacaq. Hotelin hansı ad altında fəaliyyətini davam etdirəcəyi və habelə xarici hotel şəbəkəsi ya yerli hotel brendi tərəfindən idarə olunacağı barədə məlumat isə konfidensional olaraq saxlanılır. Lakin hotelin rebrendinqə məruz qalacağı ehtimal olunur.
Qeyd edək ki, Bakıda 2012-ci ildən fəaliyyət göstərən “Jumeirah Bilgah Beach Hotel” Xəzər dənizinin sahilində, 300 metr uzunluqda özəl çimərlik xəttinə malik müasir kompleksdir. Kompleksə müxtəlif kateqoriyalara məxsus 176 otaq, eləcə də 14 şəxsi kottec daxildir.
© Fins
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 17 d. əvvəl
-
-
23 d. əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Ən çox oxunanlar
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti
Dünyanın ən dəyərli markaları
Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard dollar olub
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan neftinin qiyməti azalıb



























