Bəyannamələrini və vergini vaxtında vermiş ödəyicilərə endirim edilə bilər
Vergi borcunu vaxtında ödəməyənlərin borcu silinir (vergi aministiyası), amma bəyannamələri vaxtında verən, vergini düzgün hesablayıb ödəyən nizam-intizamlı vergi ödəyicilərinə heç bir güzəşt edilmir. Bu, ədalətsizlikdir.
“Marja” dünya təcrübəsinə əsasən yazır ki, vergi öhdəliklərini tam olaraq vaxtında yerinə yetirən ödəyicilərə endirim imkanı təmin edilə bilər. Bu, vergi mədəniyyətinin formalaşmasını artırar, vergilər gizlədilməz, gələcəkdə növbəti vergi aministiyalarına ehtiyac qalmaz.
Məsələn, keçmiş 3 il ərzində bəyannaməsini vaxtında vermiş, vergisini ödəmiş ödəyicilərə vergi endirimləri edilə bilər. Həmçinin meyaralara, vergi ödəyicisinin borcunun olmaması və keçmiş 3 illik müddətdə vergi yoxlaması nəticəsində verginin gizlədilməsi faktının aşkar edilməməsi şərti də daxil edilə bilər.
Endirim nisbəti barədə qeyd edək ki, bu 5 faizədək ola bilər. Fərqli ödəyici qrupları üzrə endirim nisbəti dəyişə bilər.
Qeyd edək ki, Azərbaycanda vergi ödəyicilərinin vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər qeyd şərtsiz, maliyyə sanksiyaları üzrə 1 yanvar 2017-ci il tarixə mövcud olan borcların müəyyən faiz hissəsi ödəniləcəyi təqdirdə yerdə qalan maliyyə sanksiyaları üzrə borclar silinir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















