Yaxşı lider ola bilmək üçün tərgitməli olduğunuz 5 vərdiş
Yaxşı lider olmaq vaxt və planlaşdırılmış iş tələb edir. Bu qabiliyyətlə doğulmaq sizi müəyyən bir yerə qədər apara bilər. Böyük liderlər daim yeni şeylər öyrənir və öyrəndiklərini tətbiq edirlər. Hətta ən qabaqcıl CEO-lar belə ayda 4-5 kitab oxuduqlarını söyləyirlər. Beləliklə, öyrənmək yaxşı lider olmaq üçün lazımlıdır.
Nəyi etməməli olduğunuzu və hansı vərdişləri tərgitməli olduğunuzu bilmək, yeni vərdişlər formalaşdırmaq qədər vacibdir. Sahib olduğunuz pis vərdişləri müəyyənləşdirmək və onlardan xilas olmağa çalışmaq da həmçinin əhəmiyyətlidir. Aşağıdakı siyahıda işinizə və həyatınıza təsir edən bəzi vərdişlər qeyd olunub:
1. Mikro idarəetmə
Biznesiniz sizin üçün çox vacibdir. Buna görə də, sahibkarların öz işlərinin hər bir istiqamətinin necə irəliləməsi ilə maraqlanması normal haldır. Ancaq bu fəaliyyət şirkətin inkişafını yavaşladır. İşinizin hər aspektinə mikro idarəetmə prinsiplərini tətbiq etməklə, bir lider kimi vaxt itirirsiniz. Mikro-idarəetmə işçiləri sıxır; yaradıcılıq, məsuliyyət və digər məqsədləri məhdudlaşdırır.
2. Təzyiqli çıxışlar
İclas boyunca danışan və digərlərinə imkan verməyən sahibkarlar şirkətlərini effektiv idarə edə bilməzlər. Təkbaşına danışmaqdansa, iclas zamanı digər insanlardan maksimum məlumat əldə etməyə çalışmaq daha yaxşıdır.
Fellow Inc. jurnalının yazarı Simon Sinek 2 səbəbə görə liderlərin yığıncaqların sonunda danışmalı olduqlarını deyir: Birincisi, bu hamıya fikirlərinin nəzərə alındığını və iclasa dəyər qatdıqlarını hiss etdirəcək. İkincisi, liderlər öz fikirlərini bildirməzdən əvvəl daha çox məlumat əldə etmək imkanı qazanacaq. Dinləməyi öyrənməklə, idarə etməyi öyrənəcəksiniz.
3. Eqonuzu balanslaşdırın
Eqonuzu idarə etmək etmək bir lider kimi edə biləcəyiniz ən çətin, lakin ən faydalı işlərdəndir. Hər şeyi bilmədiyinizi, qərarlarınızın həmişə doğru olmadığını və bəzi insanların sizdən daha çox bildiyini qəbul etməlisiniz.
Tənqid zamanı dərhal müdafiəyə keçirsiniz? İşinizin hər aspektini hamıdan yaxşı bildiyinizi və öz həmkarlarınızdan daha ağıllı olduğunuzu düşünürsünüz? Bütün bunların eqonuzun göstəricisidir.
Eqonuzundan azad olmaq asan görünə bilər. Ancaq o özünü sizin hərəkətlərinizdə və qərarlarınızda göstərir. Buna görə də, eqonuzla qarşılaşdıqda, əvvəlcə bir müddət gözləyin. Fəaliyyətinizin başqalarına necə təsir etdiyini, onların eqolarını və gördüyünüz işin biznes məqsədlərinizə necə kömək edəcəyini düşünün.
4. Fikir formalaşdırın
Digər insanların fikirlərini dinləmədən təkbaşına qərar qəbul etmək uğurlu bir strategiya deyil; bu zəif liderliyin əlamətidir. Vacib bir qərar qəbul etməli olduqda, bir lider kimi digər insanların fikrini soruşmaq və ən münasib addımı atmaq üçün fikir mübadiləsi aparmaq sizin üçün faydalı olacaq. Ancaq bu bütün qərarlarınıza aid edəcəyiniz bir qayda deyil. Yeni fikirləri qəbul etməklə demokratiya arasında müəyyən fərqlər var. Digər insanların fikirlərini öyrənməklə daha düzgün və rasional qərarlar qəbul edə bilərsiniz.
5. Başqalarını günahlandırmaq
Bir lider kimi, uğur qazandıqda komandanı mükafatlandırmaq və uğursuzluğa düçar olduqda isə məsuliyyəti öz boyunuza götürmək sizin vəzifənizdir. Çünki, şirkətiniz və bütün işçiləriniz üçün məsuliyyət daşıyırsınız. Digər insanları günahlandırmaq zəiflərin görəcəyi işdir. Hər hansı problem üçün məsuliyyəti öz boynunuza götürdükdə, komandanın sizə olan hörməti artacaq və daha yaxşı bir lider olacaqsınız.
Yaddan çıxarmayın ki, siz özünüz lider olmamısınız; insanlar sizinlə irəliləməyi seçib.
Liderlik, rəhbərlik və komanda işi ilə bağlı düşüncələrinizi daha da dəqiqləşdirmək və genişləndirmək üçün www.readit.az saytında olan kitablardan, xüsusilə, Patrik Lensioninin “Komandaların beş çatışmazlığı. Liderlik əfsanəsi.” kitabının qısa məzmunundan faydalana bilərsiniz.
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
-
12 d. əvvəl
BOKT “Qafqaz-Kredit” 2025-ci ili zərərlə başa vurub — kredit portfeli azalıb
-
-
20 d. əvvəl
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
- 55 d. əvvəl
-
1 saat əvvəl
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İSB Beynəlxalq Sığorta Zəmanət Fondları Forumuna üzv qəbul olunub
-
3 saat əvvəl
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”
Ən çox oxunanlar
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb
“Prior Kredit BOKT”un xalis mənfəəti 15% artıb
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
“Korgöz-Tikinti-Material”nın zərəri azalıb


























