Azərbaycan turizm sektorunda yenilik!
Son illərdə ölkə siyasətinin ən prioritet istiqamətlərindən birinə çevrilmiş və iqtisadiyyatımızın aparıcı sektorlarından biri olan turizm sahəsinə bir yenilik də “Terra Travel” turizm şirkəti tərəfindən gəldi.
Şirkətin yenicə istifadəyə vermiş olduğu www.terratravel.az internet səhifəsi funksionallığı və istifadəçi rahatlığı ilə Azərbaycan turizm bazarına bir yenilik gətirib. Səhifənin ərsəyə gətirilməsi üçün uzun zaman sərf olunduğunu bildirən şirkətin direktoru Sevil Vələdova bildirib ki, əsas məqsədləri müştərilərinə daha yaxşı xidmət təklif etmək və bazara innovativ bir yenilik gətirməkdir. Buna görə də müştəri istəklərini və turizm bazarının xüsusiyyətlərini uzun müddət araşdıran şirkət belə bir sayt hazırlamaq qərarına gəlib.
İstifadəçilərin maksimum rahatlığını hədəfləyən sayta daxil olan müştərilərə qeydiyyatdan keçərək öz şəxsi kabinetlərini yaratma imkanı verilir. Müştəriləri şəxsi kabinetlərində sifariş tarixçələrini, eləcə də öz maraqlandıqları istiqamətlər və istəklərinə uyğun turların elanlarını görmək imkanları da gözləyir. Sayt vasitəsilə öz CRM (müştəri əlaqələrinin idarəedilməsi) sistemini daha da gücləndirməyi hədəfləyən şirkət, davamlı və sadiq müştəriləri üçün xüsusi endirimlər düşünüb.
Şirkətin direktoru bildirib ki, hələlik saytın sadəcə "Turlar" bölməsi aktiv olsa da, çox yaxında "Otellər" və "Transferlər" bölmələri də istifadəyə veriləcək. Sayt üçün nəzərdə tutulan funksiyalardan biri də, qeydiyyatdan keçmiş müştərilərin öz səyahət təcrübələrini bir-biri ilə bölüşə biləcəkləri forumun yaradılmasıdır.
Müsahibimiz hazırda Türkiyə istiqamətində erkən rezervasiya turları üçün mart ayının sonunadək 30-50 faiz endirimlər olduğunu xatırladır və hamını www.terratravel.az saytını ziyarət etməyə dəvət edir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)







.jpg)






