“Azərpoçt”un mənfəəti kəskin azalıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 115 milyon 228 min manat təşkil edib.
Şirkətin maliyyə hesabatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 14,3% çoxdur.
2017-ci ildə “Azərpoçt”un uzunmüddətli aktivləri 1,8% azalaraq 57 milyon 98 min manata düşüb, qısamüddətli aktivləri isə 36,1% artaraq 58,13 mln. manata çatıb.
Ötən il “Azərpoçt”un cəmi öhdəlikləri 25,8% artaraq 57 milyon 185 min manat, o cümlədən uzunmüddətli öhdəlikləri 9,3% azalaraq 14 milyon 273 min manat, qısamüddətli öhdəlikləri isə 44,5% artaraq 42 milyon 912 min manat təşkil edib. Hesabat dövründə şirkətin cəmi kapitalı isə 4,8% artaraq 58 milyon 43 min manat olub.
2017-ci ildə “Azərpoçt”un göstərdiyi xidmətlərdən gəlirləri 46 milyon 11 min manat (2016-cı ilə nisbətən 15% çox), xidmətlərinin maya dəyəri 28 milyon 383 min manat (18,1% çox), digər əməliyyat gəlirləri 2 milyon 412 min manat (13,5% az), digər əməliyyat xərcləri 17 milyon 594 min manat (32,1% çox), xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə zərəri 127 min manat (2016-cı ildə gəlir olub), maliyyə xərcləri isə 632 min manat (2016-cı ildə zərər olub) təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.
Son nəticədə “Azərpoçt” ötən ili 2 milyon 952 min manat mənfəətlə başa vurub. Halbuki, şirkət 2016-cı ildən 4 milyon 596 min manat xalis mənfəətlə çıxmışdı.
Xatırladaq ki, “Azərpoçt” 1999-cu ildən fəaliyyət göstərən “Azərpoçt” Dövlət Müəssisənin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 73 milyon 344 min manatdır.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























