Mario Draghi: faizlər aşağı səviyyədə qalmağa davam edəcək
Avropa Mərkəzi Bankının sədri Mario Draghi "faiz nisbətləri uzun müddət mövcud və ya daha aşağı səviyyələrdə olacaq. Monetar genişlənmə (təşviq) proqramı qurtardıqdan xeyli sonra da faizlər aşağı səviyyədə qalmağa davam edəcək. Lazım olanda proqramın böyüklüyünü və müddətini artırmağa hazırıq" deyib. O, lazım olanda faizləri daha da aşağı salmağa hazır olduqlarını bildirib və əvvəlki iclaslarda istifadə edilən "bütün alətləri" sözünü işlətməyib.
Faiz qərarından sonra Frankfurtda keçirilən mətbuat konfransında danışan Draghi iqtisadi mənzərəyə dair risklərin azaldığını, amma hələ də təşviqə ehtiyac olduğunu dilə gətirib.
Deflyasiyaya risklərin böyük ölçüdə azaldığını ifadə edən Draghi inflyasiyanın gələcək aylarda 2%-ə yaxın qalacağını, baza inflyasiyanın orta müddətdə mərhələli olaraq yüksələcəyini söyləyib. Draghi inflyasiyadakı son yüksəlişin əsas iqtisadi göstəricilərə bağlı deyil, ümumi mənada yüksələn neft qiymətlərinə bağlı olduğunu deyib.
İQTİSADİ ARTIM VƏ İNFLYASİYA PROQNOZLARI YÜKSƏLİB
2017-ci il üçün Avro Bölgəsi iqtisadi artım proqnozu 1.7%-dən 1.8%-ə yüksəldilib, 2018 gözləntisi də 1.6%-dən 1.7%-ə yüksəlib. 2019 isə dəyişməyərək 1.6%-də qalıb. İnflyasiya gözləntisi 2017 üçün 1.3%-dən 1.7%-ə yüksəldilib. 2018 üçün 1.5%-dən 1.6%-ə yüksəldilərkən 2019 üçün isə 1.7%-də qalıb.
Draghi AMB siyasətinin uğurlu olduğunu deyib. Draghi-nin açıqlamaları ilə Avro/dollar 1.06-nın üzərini görüb (Avro bahalaşıb).
Avropa Mərkəzi Bankı bugünkü iclasda faiz dərəcələrindəvə aktiv alışı proqramında dəyişiklik etməyib.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
41 d. əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
-
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Rusiyada xiyarın qiyməti ikiqat artıb
Ən çox oxunanlar
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb























