AFB Bank-da yeni vakansiyalar
1.AFB Bank Çağrı mərkəzi üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
-Ali təhsil;
-Bank sahəsi və ya qeyd olunan sahə üzrə ən az 1 il iş təcrübəsi;
- Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı (ingilis dilini bilənlərə üstünlük verilir);
-Ofis proqramları ilə işləmək bacarığı;(Microsoft word, Microsoft Excell, )
-Bank məhsulları üzrə məlumatlara malik olması;
-Ünsiyyətcil və Komandada işləmək bacarığı;
-Müştərilərlə işləmək qabiliyyəti;
-Stressə davamlılıq;
-Yüksək nitq mədəniyyətinə sahib olmaq; (Sürətli çap etmək qabiliyyətinə sahib olmaq arzuolunandır)
-Sahəyə aid olan qayda və normativləri bilmək;
-Telefonla satış qaydalarına və mədəniyyətinə sahib olmaq;
İŞİN TƏSVİRİ:
-Müştərilərin bank məhsulları haqqında məlumatlandırılması;
-Müştərilərə onların hesablarının vəziyyəti haqqında məlumat verilməsi;
-Müştərilərlə əlaqə saxlamaq; (Bankda mövcud məhsulların satışı məqsədilə)
-Satış yönümlü müraciətlərin cavablandırılması və yönləndirilməsi;
-Tələb yaranarsa müştərilərin hesabları və kartları üzrə əməliyyatların icrasını təmin etmək;
-Sosial şəbəkələrdə müştəri sorğularının cavablandırılması;
-Onlayn konsultasiyada müxtəlif kanallardan gələn müraciətlərin cavablandırılması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Çağrı mərkəzi üzrə mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.
2. AFB Bank Risklərin idarə edilməsi Strukturuna aparıcı mütəxəssis (əməliyyat riskləri üzrə) vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Aparıcı mütəxəssis
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
-Ali iqtisadi və ya maliyyə təhsili.;
-Qeyd olunan sahə üzrə ən az 1 il iş təcrübəsi;
-Dil bilikləri (ingilis,rus) arzu olunandır;
-Ofis proqramları (Microsoft word, Microsoft Excell) və SQL Proqramında işləmək bacarığı;
-Qanunvericilik, sənədləşmə, Bank qanunvericiliyi, “Banklarda risklərin idarə olunması haqqında” Qaydalar, AR MB-nin digər normativ aktları, MBNP-nin normativ aktları üzrə biliklər;
-Ünsiyyətcil və Komandada işləmək bacarığı;
-Qərar vermə qabiliyyəti.
İŞİN TƏSVİRİ:
1.Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması;
2.Risk özünü qiymətləndirmə alətinin tətbiqi;
3.Risk matrisasının hazırlanması və dövri olaraq yenilənməsi;
4.Bank daxili normativ sənədlərin, məhsul və prosesslərin, risk nəzarət mexanizmlərinin nəzərdən keçirilməsi və müvafiq rəyin verilməsi;
5.Bankın filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
6.Stress testlərin keçirilməsi və ssenari analizlərinin aparılması;
7.Əməliyyat risklərinin idarə edilməsi prosesindərisk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımı hesabatların tərtib olunması;
8.Daxili insident menecment sistemin yaradılması üçün təkliflər verilməsi və həyata keçirilməsi.
9.İnsident menecment sistemdə qeyd olunmuş məlumatların struktur bölmələrdən toplanılması və səbəblərin araşdırılması;
10.Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə filial və baş ofis struktur bölmələrində maarifləndirmə işlərinin həyata keçirilməsi;
11.Əməliyyat risklərinin idarə edilməsində analitik, təhlil yönümlü yanaşmalardan istifadə edilməsi;
12.Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşının alınması ilə bağlı təkliflərin verilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Risklərin idarə edilməsi üzrə aparıcı mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 17 d. əvvəl
-
21 d. əvvəl
PAŞA Bank və EMTA güzəştli kreditin verilməsinə dair müqavilə imzaladı
-
-
25 d. əvvəl
FHN: Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti olmayıb
-
33 d. əvvəl
Kreml Putin-Orban telefon danışığının stenoqramının yayılmasına münasibət bildirib
-
36 d. əvvəl
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Kollegiyasının tərkibi təsdiq edilib
- 37 d. əvvəl
-
40 d. əvvəl
Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibi genişləndirilib
-
44 d. əvvəl
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik oldu - Bayramov Kərimov ilə əvəz edildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
PAŞA Bank Biznes tətbiqi yeniləndi
FHN: Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti olmayıb
TƏBİB-in Müşahidə Şurasının yeni tərkibi formalaşdırıldı
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik oldu - Bayramov Kərimov ilə əvəz edildi
1,4 milyon manat sərmayə ilə yeni şirkət yaradılıb
Ən çox oxunanlar
Azərbaycanda yeni investisiya şirkəti yaradılıb
Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
Aprelin 9-da gözlənilən hava şəraiti
Ödəniş şirkəti 50 min manat, vəzifəli şəxsi 10 min manat cərimələnib























