Azərbaycan və Qazaxıstan birgə müəssisə yaradır
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Qazaxıstan Dəmir Yolları” SC birgə müəssisə yaradır.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndən verilən məlumata görə, qurumun sədri Rauf Vəliyev və “Qazaxıstan Dəmir Yolları” SC-nin sədri Kanat Alpısbayev arasında birgə müəssisənin yaradılması barədə “təsis müqavilə”si imzalanıb.
Yeni birgə müəssisə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına, onun potensialından daha səmərəli istifadə olunmasına böyük töhfə verəcək. Birgə müəssisə tam paritet əsasda yaradılıb, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilə Qazaxıstan Dəmir Yolları arasında Xəzərdə bərə və quru yük gəmiləri ilə daşımalarda birgə əməkdaşlığı və bu dəhlizə əlavə yüklərin cəlb edilməsini nəzərdə tutur.
Məlum olduğu kimi, ötən il Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Xəzərdə yeni quru yük gəmisini istifadəyə verməsi, eyni zamanda yaxın gələcəkdə Azərbaycan və Qazaxıstanın yeni bərələr istismara vermək planları Transxəzər dəhlizi üzrə yükdaşıma potensialını daha da artıracaq. Birgə müəssisə dəhliz üzrə artması proqnozlaşdırılan, Asiya ilə Avropa arasında hərəkət edən konteyner yüklərinin daşınmasında və bu istiqamətdə tərəflər arasında sıx əməkdaşlıqda mühüm rol oynayacaq. Bununla yanaşı, birgə müəssisə Azərbaycanın regionda nəqliyyat-logistika qovşağına çevrilməsinə də öz müsbət təsirini göstərəcək.
Xatırladaq ki, ötən ilin dekabrında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və Qazaxıstan Dəmir Yolları arasında strateji əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu müqaviləyə əsasən, tərəflər arasında nəqliyyat sahəsində cari və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələrə investisiyaların cəlbi, Azərbaycan və Qazaxıstan limanlarından yükdaşımaların həcminin artırılması, müxtəlif istiqamətlər üzrə daşımalara dair iş planının hazırlanması, hər iki qurumun mövcud infrastruktur, xüsusilə də gəmiqayırma, gəmi təmiri, yükaşırma və digər imkanlarından istifadə edilməsi, logistika və gəmilərə agent xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək üzrə razılıq əldə olunub.
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 19 d. əvvəl
-
-
1 saat əvvəl
Gələcəyə böyük addım: Payonix BOKT-un aktivləri və gəlirləri sürətlə artır!
- 1 saat əvvəl
-
1 saat əvvəl
İşdən qanunsuz çıxarılmış 53 nəfər isə əvvəlki işlərinə bərpa etdirilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
- 3 saat əvvəl
-
3 saat əvvəl
AccessBank müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamlayıb
-
4 saat əvvəl
Tramp İranın ali lideri ilə “razılaşma əldə etmək üçün” görüşə biləcəyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
“Korgöz-Tikinti-Material”nın zərəri azalıb
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Rəsmi məzənnələr açıqlandı
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir























