Azərbaycan alimləri tərəfindən 3 yeni buğda sortu patenləşdirilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) Milli Genbankında bütün yerli sortlar da daxil olmaqla buğda bitkisinə aid 3000-dən çox nümunə mühafizə olunmaqdadır.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.
GEİ son illərdə beynəlxalq təşkilatlarla da əlaqələrini xeyli genişləndirib, dünya buğda kolleksiyalarına və onların genom verilənlərinə çıxış imkanı əldə edib. 2019-2020-ci illərdə 1500-dən artıq buğda nümunəsi ölkəyə gətirilərək onlar üzərində tədqiqat işlərinə başlanılıb. İnstitutda aparılan uzunmüddətli tətbiqi və fundamental tədqiqatlar nəticəsində çoxlu sayda yeni buğda (“Sevinc”, “Cəfəri”, “Arzu”, “Bol-buğda”, “Gürgənə-1”, “Zərdabi”, “Birlik”, “Qrekum-75/50”, “Kəhrəba”, “Qızılbuğda”, “Saray”, “Abşeron”, “Maya”, “Start” və s.) sortları yaradılıb və onların geniş təsərrüfatlarda becərilməsi təmin edilib.
2020-ci ildə GEİ və Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun alimləri tərəfindən 3 yeni buğda sortu (“Korifey-88”, “Cənub”, “Mərcani buğda”) patenləşdirilərək rayonlaşdırılıb. Yeni yarımpayızlıq bərk buğda sortu - "Korifey-88" Rusiyadan əldə olunmuş sortların çarpazlaşdırılmasından alınmış hibrid xəttindən təkrar fərdi seçmə yolu ilə yaradılıb. “Korifey-88” sortunun pоtеnsial məhsuldarlığı orta (54-58 s/ha), adaptivliyi yüksəkdir. Sünbüldə dənlərin sayına görə bərk buğda sortları arasında lider olan “Korifey-88”in Azərbaycanın suvarılan düzən və nəmliklə təmin olunmuş dağətəyi bölgələrində becərilməsi tövsiyə olunur.
Yumşaq buğdanın “Cənub” sortu beynəlxalq pitomniklərdən seçilmiş mürəkkəb hibriddən fərdi seçmə yolu ilə yaradılıb. “Cənub” sortunun müsabiqəli sortsınağında üç illik orta məhsuldarlığı 63,2 s/ha, standart Aran sortundan 4,0 s/ha çox olub. Tədqiqat illərində sarı və qonur pas xəstəliklərinə davamlılıq göstərib. “Cənub” sortunun respublikanın suvarılan düzən və dağətəyi dəmyə bölgələrində becərilməsi təklif olunur.
Payızlıq yumşaq buğdanın yeni “Məcranı buğda” sortu Əkinçilik Elmi Tədqiqat İnstitutunun Cəlilabad Bölgə Təcrübə Stansiyasında, Milli Genbankda saxlanılan Ferrigineum (Rusiya) X Bəyaz (Azərbaycan) sortlarının çarpazlaşdırılmasından alınmış hibrid xəttindən fərdi seçmə yolu ilə yaradılıb. Bu sort qışlamanı yaxşı keçirdiyinə görə məhsuldar kollanması digər sortlardan yüksəkdir. Bitkilərin intensiv piqmentləşməsinə görə fotosintetik proseslər daha aktiv gedərək, bitkilərin uzun müddət yaşıl qalmasına səbəb olur. “Məcranı buğda”nın respublikanın nəmliklə təmin olunmayan dağlıq və dağətəyi quraq dəmyə bölgələrində becərilməsi tövsiyə olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 7 d. əvvəl
- 12 d. əvvəl
-
- 32 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Bu ilin 1-ci rübündə 925 mln. kVt·st “yaşıl enerji “istehsal edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Prezident İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə görüşüb
Buğda qiymətlərində artım başlayıb
İsrail və Livan arasında 10 günlük atəşkəs qüvvəyə minib
ING: Mənfi ssenaridə neftin qiyməti 121 dollara çata bilər
Trampın İranda müharibənin “yaxın zamanda başa çatacağını” deməsindən və İsrail–Livan atəşkəsindən sonra neft ucuzlaşır
Ən çox oxunanlar
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
Rəsmi məzənnələr açıqlandı
Netflix səhmləri 9% ucuzlaşıb
İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib





.jpg)









.jpg)





