Azərbaycanın da səhmdar olduğu bank İzmirdə metro inşasına vəsait ayırıb
Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) Türkiyənin İzmir şəhərində metro xəttinin inşasına 50 milyon avro vəsait ayırıb.
Bankın Pekindəki mənzil-qərargahının yaydığı məlumatda bildirilir ki, vəsait İzmir metrosunun genişləndirilməsinin 4-cü mərhələsi çərçivəsində 7,2 kilometr uzunluğunda Fəxrəddin Altay-Narlıdərə xəttinin inşasına sərf olunacaq. Şəhərin mərkəzi ilə qərb hissəsini birləşdirəcək bu xətt üzərində 7 stansiya yerləşəcək. AİİB krediti dövlət zəmanəti olmadan verib. Bu, bankın birbaşa şəhər hökuməti ilə imzaladığı ilk kredit razılaşmasıdır.
İzmir əhali sayına və ümumi daxili məhsulun həcminə görə Türkiyənin üçüncü ən böyük şəhəridir. Şəhər hökuməti artan tələbatı nəzərə alaraq metro nəqliyyatının genişləndirilməsini həyata keçirir. Bu məqsədlə daha əvvəl Asiya İnkişaf Bankından, Avropa Yenidənqurma və İnkişaf Bankından, Qara Dəniz Ticarət və İnkişaf Bankından da kredit cəlb olunub. Fəxrəddin Altay-Narlıdərə xəttinin 2022-ci ilin 4-cü rübündə istifadəyə verilməsi planlaşdırılıb.
Qeyd edək ki, 2016-cı ilin yanvarında Azərbaycan da daxil olmaqla 57 təsisçi-üzv ölkə tərəfindən yaradılan bank 100 milyard ABŞ dolları nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələri maliyyələşdirir. Hazırda bankın təsdiqlənmiş üzvlərinin sayı 82-dir. Daha 20 dövlət isə ölkədaxili proseduru bitirdikdən sonra AİİB-in təsdiqlənmiş üzvlərinin sırasına qoşulacaq. Bank fəaliyyətə başladığı vaxtdan indiyədək Azərbaycan da daxil olmaqla, bir neçə ölkədə 92 layihəyə təxminən 20 milyard dollar kredit ayırıb. AİİB 2016-cı ilin dekabrında Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 600 milyon dollar kredit verib.
Azərtac
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 20 d. əvvəl
-
-
28 d. əvvəl
Dünya üzrə bitki yağı qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
-
43 d. əvvəl
"ABB Invest"dən bir ilk: Yeni "InvestTube" investisiya maarifləndirmə platforması təqdim olundu!
-
55 d. əvvəl
Vergi borclarının endirimlə ödənilməsi imkanını təklif edən internet resursu barədə xəbərdarlıq
-
1 saat əvvəl
Prezident Bakıda 35 mərtəbəli binanın açılışında iştirak edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Future Lab və Bir ekosistemində yeni rəhbər təyinatları həyata keçirilib
-
2 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətindən şəhid və qazi övladları üçün bayram tədbiri
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Prezident Bakıda 35 mərtəbəli binanın açılışında iştirak edib
Tibb İşçiləri üçün 3%-dək endirimlə kredit - Expressbank
Ən çox oxunanlar
“Naxçıvan Enerji” 303 min dollarlıq ixrac həyata keçirib
“SOCAR CAPE” 430 min dollarlıq ixracla reytinqə daxil olub
“AZƏRENERJİ”nin ixracı 72%-dən çox artıb
“Azərbaycan Hava Yolları”nın ixracı 7% azalıb
Bakı Fond Birjasında ticarət dövriyyəsi 43% azalıb — REPO əməliyyatlarında 11,6 milyard manatlıq geriləmə
ARDNŞ-nin Qaz İxrac İdarəsinin ixracı 71,7% azalıb





















