Tunisin turizm sektoru böhranla üzləşib
Tunis Otelçilər Federasiyasının məlumatına görə, ölkədə fəaliyyət göstərən 800 oteldən yalnız 300-ü açıqdır. Bu barədə “Business İnsider” saytı məlumat yayıb.Bildirilir ki, yanvar–avqust ayları ərzində ölkənin turizm sektorunun əldə etdiyi gəlir ötən ilin müvafiq dövrü ilə müqayisədə 59 faiz azalıb. Mütəxəssislərin proqnozuna görə, itkilər ilin sonunadək 2 milyard avro təşkil edəcək. Bu hələ pandemiyadan əvvəl qeyri-sabit vəziyyətdə olan ölkə iqtisadiyyatı üçün mənfi tendensiya hesab edilir.
Məlumata görə, Tunis hökuməti itkiləri maksimum azaltmaq niyyətindədir. Çünki itkilərin qarşısı alınmazsa, yaxın gələcəkdə hər hansı gəlirdən danışmaq mümkün olmayacaq. Qeyd olunur ki, ölkədə koronavirusa 3 min 323 yoluxma halı və bu xəstəlikdən 73 ölüm faktı qeydə alınıb. Virusa yoluxma göstəricisi istənilən Avropa ölkəsi ilə müqayisədə daha aşağıdır, buna görə də Tunis Avropa İttifaqı üçün təhlükəsiz ölkələrin seçilmiş siyahısına daxildir. Lakin son həftələr təyyarələr yalnız yarıya qədər sərnişinlərlə dolu gəlirdi. Əlcəzair hər il bir milyondan çox turistin gəlməsi sayəsində Tunis üçün əsas gəlir mənbəyidir.
Yeri gəlmişkən, ölkədə ÜDM-in 8 faizindən çoxunu təşkil edən və 400 min insanın işlədiyi turizm sektorunda böhran ilin ikinci rübündə ÜDM-in 21,6 faiz azalmasına əhəmiyyətli dərəcədə təsir etdi. Məlumat üçün deyək ki, otelçilikdən savayı, sənaye və tikinti sektoruna mart ayında hökumət tərəfindən tətbiq olunmuş sərt məhdudiyyətlər səbəbindən ciddi ziyan dəyib. Bu qaranlıq mənzərə 161 min iş yerinin itirilməsinə səbəb olub. İşsizliyin səviyyəsi isə 18 faizə çatıb. Tunisin Maliyyə naziri Nizar Yaiş dövlət maliyyəsi üçün tələb olunan yardımın məbləğini, təxminən, 3 milyard avro həcmində hesablayıb.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 20 san. əvvəl
-
- 3 d. əvvəl
- 9 d. əvvəl
- 16 d. əvvəl
-
18 d. əvvəl
“Azərpambıq Aqrar Sənaye Kompleksi”nin ixracı 84%-dən çox artıb
-
22 d. əvvəl
"PAŞA Kapital"ın rəhbərliyi yenidən formalaşdırılıb - İCRAÇI DİREKTOR VƏ MÜAVİNİ TƏYİN EDİLİB
- 36 d. əvvəl
- 43 d. əvvəl
- 46 d. əvvəl
- 50 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
“AZƏRENERJİ”nin ixracı 72%-dən çox artıb
“Azərbaycan Hava Yolları”nın ixracı 7% azalıb
ARDNŞ-nin Qaz İxrac İdarəsinin ixracı 71,7% azalıb
"PAŞA Kapital"ın rəhbərliyi yenidən formalaşdırılıb - İCRAÇI DİREKTOR VƏ MÜAVİNİ TƏYİN EDİLİB
“Azəralüminium” ixracını 27% artırıb
Ən çox oxunanlar
“AzerGold”un ixracı 79 milyon dolları keçib
“SOCAR Polymer” dövlət ixracatçıları arasında lider olub
“Azərlotereya” 2025-ci il üzrə maliyyə hesabatını açıqladı
“Azərlotereya” illik 374 milyon manat gəlir, 74 milyon manat xalis mənfəət əldə edib
Rəsmi məzənələr açıqlandı























