Göygöl və Maralgölə körpə forel balıqları buraxıldı
Ölkənin təbii su hövzələrində balıq populyasiyasının artırılması, təbii su hövzələrinin zənginləşdirilməsi və ekosistemin qorunması məqsədilə təbii sututarlarına balıq körpələrinin növbəti buraxılışı Göygöl Milli Parkının ərazisində keçirilib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis əvəzi Firuddin Əliyev bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Azforel” MMC-nin rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə körpə forel balıqları Göygöl və Maralgölə buraxılıb. Körpə balıqların göllərə buraxılışı ictimaiyyət nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb.
Balıq ehtiyatlarının artırılması və qorunmasının vacibliyinin təşviqi məqsədilə körpə balıqların təbii su hövzələrinə buraxılışı sentyabrın sonunadək davam edəcək.
Xidmət rəsmisi bütün balıq yetişdirən müəssisələri bu kimi aksiyalarda yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə verməyə çağırıb.
Azərtac
Müştərilərin xəbərləri
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
Hər kəs “Capital Partners”in ofisinə yaxınlaşmaqla "PAŞA Bank"ın səhmlərinə abunə yazıla bilər - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 14 d. əvvəl
-
-
29 d. əvvəl
“PAŞA Bank” 2025-ci ili 178 milyon manatdan xalis mənfəətlə başa vurub
-
36 d. əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
15 saat əvvəl
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub
- 18 saat əvvəl
-
18 saat əvvəl
2 otaq studiyadan 4 otaqlıya qədər: “Park Yasamal”da yeni mənzillər satışdadır!
-
19 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət - 5 milyon manatlıq boru istehsalı layihəsi
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub
Naxçıvan şəhərində yeni tikiş fabriki fəaliyyətə başlayıb
Ən çox oxunanlar
"SpaceX" IPO üçün səhm qiymətini 135 dollar müəyyənləşdirib — şirkətin dəyəri 1,77 trilyon dollar qiymətləndirilir
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
İyunun 5-nin hava proqnozu - 32 dərəcəyədək isti gözlənilir
























