Ali məktəblərə qəbul zamanı vahid qiymətləndirmə sistemi yaradılacaq
“Ali təhsil haqqında” qanun layihəsində ali məktəblərə qəbul proseduru ilə bağlı müddəalar da var”.
Bunu açıqlamasında Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
Komitə sədri bildirib ki, bu gün Azərbaycanda ali məktəblərə qəbul qaydaları bütövlükdə Avropa və dünya məkanında olan qaydalara uyğundur:
“Amma qanun layihəsində bir sıra yeni prosedurlar nəzərdə tutulur. Bunlar isə seçim məsələsi ilə bağlıdır. Bu gün ölkəmizdə abituriyentlərin ümumtəhsil məktəblərini bitirdikdən sonra Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qiymətləndirməsi aparılır, daha sonra ali məktəblərə imtahan verilir. Yəqin ki, burada yeni bir prosedur nəzərdə tutulacaq. Bunların gələcəkdə birləşdirilməsi, vahid qiymətləndirmə sisteminin yaradılması nəzərdə tutulur. Digər tərəfdən ali məktəblərin reytinqlərinin müəyyənləşdirilməsi də həyata keçiriləcək. Bu reytinqlərə əsasən abituriyentlərin sərbəst şəkildə seçim etmələri mümkün olacaq. Vahid qiymətləndirmənin ilkin hüquqi bazasının yaradılmasını qanunda nəzərdə tuturuq”.
Deputat qeyd edib ki, icra mexanizminin günün tələblərinə cavab verməsi vacibdir:
“Təhsil haqqında” qanuna uyğun olaraq kurrikulum əsasında artıq yeni qaydalar tətbiq olunur. Bunlar da şübhəsiz ki, o mexanizmin daha dəqiq işləməsinə xidmət etməlidir. Artıq yuxarı siniflərin təmayüllü siniflər kimi təhsil alması nəzərdə tutulur. Bununla bağlı biz qanuna dəyişiklik etmişik. Bu da gələcəkdə şagirdlərimizin ali məktəblərə hazırlıqları ilə bağlı meydana çıxan praktik çətinlikləri aradan qaldırır. Həmin təmayül siniflərində hər bir şagird gələcək peşəsinə uyğun istiqamətdə öz hazırlıqlarını davam etdirəcək və seçdikləri peşə üzrə ali məktəbə daxil ola biləcəklər. Bununla da gələcəkdə yüksək ixtisaslı kadr kimi yetişə biləcəklər. Yaxud da orta ixtisas məktəblərinə qəbul olunaraq, orada uyğun peşəni seçə və bacarıqlı, lazım olan səriştələrə malik peşəkar kimi öz əmək fəaliyyətlərinə başlaya biləcəklər”.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İlham Əliyev: Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 7-də gözlənilən hava şəraiti
Omanda ABŞ-İran danışıqları başladı
“PAŞA Həyat” və “Kaspi Kids” 300-ə yaxın uşağı sığortaladı
"Merkuri BOKT" 2025-ci ilin 9 ayını mənfəət ilə başa vurub
Ən çox oxunanlar
Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
Nazir startap nümayəndələri ilə görüşüb
Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!
“PAŞA Bank”ın səhmarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Azercell-dən xüsusi “Samsung” kampaniyası!
Bank vergi işçilərinə komissiyasız kredit təklif edir


















