Azərbaycan və Ərəb Əmirlikləri fürsətləri qiymətləndirir
İqtisadiyyat naziri Şahin Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Hamel Alqubaisi ilə görüşüb.
Görüşdə Azərbaycan-BƏƏ iqtisadi əlaqələrinə, bu ilin aprel ayında Dubayda keçirilmiş Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6 iclasının protokolunda nəzərdə tutulmuş məsələlərin icrasına dair fikir mübadiləsi aparılıb.
Nazir Şahin Mustafayev bildirib ki, Dubay Ticarət və Sənaye Palatasının xaricdə ilk nümayəndəliyi Bakıda açılıb. BƏƏ tərəfindən Azərbaycan iqtisadiyyatına 778,1 mln. dollar, Azərbaycandan BƏƏ-yə isə 284,4 mln. dollar investisiya qoyulub. Azərbaycanda 255 BƏƏ şirkəti qeydiyyata alınıb. Azərbaycan məhsullarının BƏƏ-də təbliği məqsədilə bu ölkəyə iş adamlarından ibarət ixrac missiyası göndərilib, Azərbaycan məhsulları vahid ölkə stendi ilə Dubayda nümayiş olunub, bağlanmış müqavilələr üzrə bir sıra məhsullarına ixracına başlanılıb. Hazırda ölkələrimiz arasında kənd təsərrüfatı, İKT, enerji, ticarət, investisiya qoyuluşu, təhsil və s. sahələrdə əlaqələr uğurla davam edir. Görüşdə nazir Şahin Mustafayev əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb, mövcud imkanlardan səmərəli istifadə etməklə müxtəlif sahələr üzrə əlaqələrin genişləndirilməsi imkanlarını vurğulayıb.
Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Hamel Alqubaisi ölkəsində Azərbaycanla əməkdaşlığa xüsusi önəm verildiyini, əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib, iqtisadi əlaqələrin genişləndirilməsi məsələlərinə dair fikirlərini bölüşüb.
Görüşdə Azərbaycan-BƏƏ Biznes Şurasının fəaliyyətinin, ticarət məlumatlarının mübadiləsi və ticarət əlaqələrinin, xüsusilə Azərbaycan məhsullarının BƏƏ-yə ixracının genişləndirilməsi, BƏƏ iş adamları tərəfindən ölkəmizdə yaradılan sənaye parkları və zonalarına investisiya qoyulması imkanları və s. qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 23 saat sonra
-
19 d. əvvəl
Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub
-
-
28 d. əvvəl
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
-
1 saat əvvəl
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
-
2 saat əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Ən çox oxunanlar
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib














.jpg)








