Bu il neft gəlirləri üçün “qaynar” yay olacaq
Analitiklər: qiymət 80 dolları keçəcək, il sonuna kimi tələbat gündəlik 100 milyon barrelə çatacaq.Ötən gün Brent markalı neftin iyul ayı üzrə fyuçers qiymətləri 71 dolları (2020-ci ilin yanvarından bəri ən yüksək göstərici), Qərbi Texas nefti isə 69 dolları (2018-ci ilin oktyabrından bəri rekord hədd) keçərək yeni rekord müəyyənləşdirib.
Marja xəbər verir ki, ilin əvvəlindən 40%-ə qədər artan xam neft qiymətinin bu yay 80 dolları keçəcəyi artıq bir çox ekspertlər tərəfindən səsləndirilir.
“Tələbat çox sürətlə yüksəlir, çünki pandemiya səngiyir, iqtisadiyyat özünə gəlir, hər kəs avtomobil sürür, Avropada sənaye sahələri açılmağa başlayır” - Bank of Americanın əmtəələr və derivativlər üzrə strateji analitiki Fransisko Blanç bildirir.
Yüksək qiymətlərlə bağlı əminsizlik...
Ekspertlər dünyanın xammal və əmtəələrdə bahalaşma dövrünə çoxdan qədəm qoymasında həmfikirdir. Lakin, bu artım tempinin nə qədər davam edəcəyi ilə bağlı fikirlər haçalanır. “Fikrimizcə, növbəti 3 ildə, xüsusən 2022-ci ildən başlayaraq neft yenidən 100 dolları görə bilər...OPEC hələ də bütün kartları əlində saxlayır, amma bazar artan tələbata adekvat səviyyədə təkliflə cavab vermir. Nəticədə bahalaşma ehtimalı yüksəlir və neft qiymətləri ardınca bütün sahələrdə inflyasiyanı gətirir” - Fransisko Blanç izah edir.
Bərpa səbəbindən artan tələbat
Ən iri neft istehsalçılarını özündə cəmləşdirən OPEC+ aprel ayında gündəlik hasilatı iyulun sonuna kimi 2 milyon barrel artırmaq barədə razılığa gəlib və iyunun 1-dəki toplantısında bu hədəfi dəyişilməz saxlayıb. İyunda hasilatın gündəlik 350 min barrel, iyulda isə əlavə 450 min barrel artırılacağı dəqiqdir. ABŞ iqtisadiyyatı hazırda gündəlik 11 milyon barrel neft çıxarır, bu isə pandemiyadan əvvəlki 13 milyon barreldən aşağıdır. Ötən il neft qiymətlərinin dibə yuvarlanmasından sonra Amerikan hasilatçıları həcmin artırılmasında hələlik ehtiyatlı davranır və yeni investisiyalara tələsmir.
“Post-pandemiya dövrünə xoş gəlmisiniz” - IHS Market analitika şirkətinin vitse-prezidenti Daniel Yergin hazırkı tələbat artımını belə ifadə edir. - “Tələbat birinci və üçüncü rüblər arasında gündəlik 7 milyon barrel artacaq. Qiymət 80 dollara asanlıqla çata bilər, lakin buna müəyyən reaksiya da olacaqdır. Bayden təcrübəli siyasətçi kimi çox gözəl anlayır ki, ABŞ-da benzin qiymətlərinin artması heç bir prezidentə yaxşı bir şey vəd etmir. Buna görə də, neft qiymətləri “təhlükəli” həddi keçdikdə ABŞ hökumətinin bazarı tənzimləmək üçün əlavə tədbirlər görəcəyi şübhəsizdir.”
RBC şirkətinin qlobal əmtəə bölməsinin rəhbəri Helma Kroft və Again Capital təmsilçisi Con Kilduff qiymətin 80 dollara çatacağında həmfikirdirlər. Onlar hazırkı səviyyədə hətta İranın əlavə 1 milyon barrel neftinin bazara daxil olmasının da qiymətləri səngitməyə yetərli olmayacağını bildirir. Kilduff OPEC-in hesablamalarına görə, tələbatın il sonuna gündəlik 99,8 milyon barrelə çatacağını, hasilatın isə cəmi 97,5 milyon barrel təşkil edəcəyini vurğulayıb. Bu nisbət də qiymət artımına təkan verəcək əlavə amildir.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 11 d. əvvəl
-
-
20 d. əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
23 d. əvvəl
Gülşən Cumayeva: “PAŞA Kapital” 2026-cı ildə prioritet layihələri davam etdirəcək
- 38 d. əvvəl
-
40 d. əvvəl
XRG və SOCAR birgə investisiya layihələri üzrə tərəfdaş ola bilərlər
- 43 d. əvvəl
-
49 d. əvvəl
Kreditini Birbank-a gətirənlər 6%-dək endirim qazanır – kampaniya davam edir
-
54 d. əvvəl
İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir
-
1 saat əvvəl
“PAŞA Kapital”ın gəlirləri 18% artıb, xalis mənfəəti 2,5 milyon manatı keçib
-
1 saat əvvəl
“PAŞA Kapital”, investisiya şirkətlərinin ümumi ticarət dövriyyəsinin 42%-dən çoxunu formalaşdırıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
Ən çox oxunanlar
İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir
“PAŞA Kapital”, investisiya şirkətlərinin ümumi ticarət dövriyyəsinin 42%-dən çoxunu formalaşdırıb
Bu il Sərsəng Su Anbarının yenidən qurulmasına başlanılacaq
Kimlərə və nə qədər əlavə məzuniyyət verilir?




















.jpg)






